Accessibility links

Azərbaycandakı repressiyalar Vaşinqtonda müzakirə olundu [Video]


Altay Göyüşov Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Altay Göyüşov Amerikanın Səsinə danışır

Altay Göyüşov Amerikanın Səsinə danışır

Yanvarın 12-də ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu Azərbaycandakı repressiyaları müzakirəyə çıxarıb. “Azərbaycanda müstəqil səslərin susdurulması” adı altında keçirilən forumda Massaçusets Universitetinin professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və təşkilatda Reagan-Fascell Demokratiya tədqiqatçısı Altay Göyüşovun çıxışları olub.

Müzakirədə ilk çıxış edən Altay Göyüşov son illərdə Azərbaycanda sosial medianın geniş istifadəsinin müstəqil və fərqli informasiyaya çıxış yaratdığını qeyd edib. Bunun nəticəsində insanların ölkədəki siyasi və sosial problemləri müzakirə etməyə imkanları yarandığını bildirib. “Bunu hakimiyyətinə təhlükə kimi görən hökümət ölkənin öndə gedən müstəqil sekular və liberal düşüncəli insanlarına qarşı təqzyiqlərini artırıb,” deyə cənab Göyüşov bildirib. Sonda isə Altay Göyüşov hökümətin təzyiqləri nəticəsində Azərbaycanda artıq mötədil fikirli, demokratiya yönümlü icmanın xeyli zəiflədiyini qeyd edib .

Daha sonra AzadlıqRadiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu AzadlıqRadiosuna qarşı olanların qanuna uyğun olmadığını bildirib. O qeyd edib ki, “özünü Amerikanın dostu olduğunu iddia edən bir ölkə onun ofisinə qarşı reyd keçirmir".

Kənan Kazımoğlu AzadlıqRadiosunun ABŞ və Azərbaycan arasında körpü olduğunu bildirib, eyni zamanda radionun təzyiqlərə boyun əyməcəyəciyini və işini davam etdirəcəyini bildirib. Sonda o, Azərbaycan hökümətini öz vətəndaşlarının hüquqlarını pozmamağa və onlarla daha yaxşı rəftar etməyə çağırıb.

ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia ABŞ-ın Azərbaycanın suverenliyini, müstəqilliyini, inkişafını, təhlükəsizliyini və stabilliyini dəstəklədiyini bildirib. “Biz Azərbaycanın özünü idarə edə bilən, yaxşı tərəfdaş olmasını istəyirik. Lakin iqtisadi baxımdan müvəffəqiyyətli olmaq üçün hakimiyyətin vətəndaşların insan haqlarınə hörmət etməsi çox vacibdir. Buna görə də biz Azərbaycan höküməti ilə ortaq məxrəc tapmağa çalışacağıq”.

Cənab Melia ABŞ-ın Azərbaycanı daha müasir demokratiyaya doğru aparmağa çalışan mustəqil səsləri dəstəkləməkdə davam edəcəyini qeyd edib.

Forumda çıxış edən NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy Azərbaycanın beynəlxalq qurumlarla daha çox əlaqə qurmasına baxmayaraq ölkədəki demokratiya standardlarını azaldığını qeyd edib. Xanım Lanskoy bildirib ki, Azərbaycan Qərblə daha çox əlaqə qurub, eyni zamanda beynəlxalq qanunları qulaq ardına vurmaqla Qərbin də Azərbaycan höküməti kimi riyakar olduğunu göstərməyə çalışır.

Tədbirin ardınca Altay Göyüşov Amerikanın Səsinə verdiyi şərhdə forumun keçirilməsinə rəvac verən faktorlardan danışıb.

XS
SM
MD
LG