Accessibility links

“Azercell”in 5 tonluq qurğusu məcburi sökülüb


Mobil qurğu tarixi memarlıq kompleksinin üzərində olub

Dövlət mühafizəsinə götürülmüş, tarixi memearlıq abidə kompleksi olan 1926-cı ildə tikilən "Elektrik dəmiryol vağzalının binası"nın üzərində olan "Azercell Telekom" MMC-ə məxsus 5 tondan artıq mobil qurğular məcburi qaydada sökülüb.

Bu barədə "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli qərarı ilə "Elektrik dəmiryol vağzalının binası” dövlət mühafizəsinə götürülüb. Bununla yanaşı, məhkəmənin 28 aprel 2016-cı il tarixli icra qərarı "Azercell Telekom" MMC tərəfindən uzun müddət icra olunmayıb.

“Borclu "Azercell Telekom" MMC müxtəlif instansiyalara ünvanlandırdığı qərəzli və əsassız müraciətləri əsasında məcburi icra hərəkətlərindən uzun müddət yayınırdı”, məlumatda qeyd edilir.

Mətbuat xidməti bildirir ki, nəhayət, iyulun 28-29-da "Elektrik dəmiryol vağzalının binası" üzərindən "Azercell Telekom" MMC-yə məxsus qurğular yerləşdirilən 2 tondan artıq ağırlığında olan konteyner və 3 tondan artıq mobil anten və ona aid avadanlıqlar Yasamal rayonu İcra Şöbəsinin məcburi icra qərarına əsasən, icra məmurunun və “QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin numayəndəsinin iştirakı ilə məcburi qaydada “NETFRAME” şirkəti tərəfindən sökülüb.

Öz növbəsində, "Azercell Telekom" MMC hələ "Qəsr" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin mətbuat xidmətinin məlumatına münasibət bildirməyib.

XS
SM
MD
LG