Accessibility links

"Azercell Telekom" Əli Kərimlinin mobil telefonunun və internetinin bloklanması ilə əlaqəsi olmadığını bildirir


Azersell şirkəti-logo

"Azercell Telekom" şirkəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin internet və mobil telefonunun kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Şirkət bildirir ki, AXCP sədri Əli Kərimlinin mobil telefonunun və internetinin bloklanmasına bağlılığı yoxdur.

“"Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur”, "Azercell Telekom" MMC-nin mətbuat xidməti şirkətin abunəçisi Əli Kərimlinin mobil telefonunun və internetinin kəsilməsinin səbəbləri ilə bağlı Turan agentliynin sorğusuna cavabında bildirib.

Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir. Provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil.
Azersell-in məlumatından sitat

Qeyd olunur ki, şirkət müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirir və hər hansı abunəçinin istifadəsində olan nömrə ilə bağlı istənilən məlumat, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə təqdim oluna bilməz. Əgər abunəçinin borcu yoxdursa və ya limiti keçməyibsə və ya abunəçi özü bunu xahiş etməyibsə “Azercell Telekom” nömrənin bağlanması, xidmət göstərilməsinə məhdudiyyət qoyulması, o cümlədən internet xidmətinin məhdudlaşdırılmasını tətbiq etmir.

“Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının yayılması ilə əlaqədar elan olunan karantin günlərində mobil internet trafikinin yüklənməsi xeyli artıb. Bu da mobil telefon nömrəsinin istifadə edildiyi ərazidən, istifadə olunan cihazın müxtəlif texnologiyaları dəstəkləməsindən, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından və digər texniki nüanslardan asılı olaraq, məlumat mübadiləsində gecikmələrə və keyfiyyət göstəricilərində dəyişikliklərə səbəb ola bilər.

WhatsApp və Telegram və sosial şəbəkələrə gəlincə, bu proqramların və onlardakı istifadəçi hesablarının idarə edilməsinin “Azercell Telekom” MMC-yə heç bir aidiyyatı yoxdur. Qeyd olunan sistemlərə nəzarət və onların işinin həm ümumi olaraq, həm də ayrı-ayrı istifadəçilər üçün tənzimlənməsi mobil operatorların texniki imkanları və səlahiyyətləri xaricindədir.

Proqramlardan və sosial şəbəkələrdən istifadə ilə bağlı təhlükəsizlik tədbirləri müvafiq istifadə qaydalarına və şərtlərinə, habelə proqramın və proqram istifadə edilən mobil cihazın sazlama şərtlərinə uyğun olaraq "Azercell Telekom" tərəfindən deyil, müvafiq proqramın inzibatçıları və istifadəçiləri tərəfindən təmin edilir.

Beləliklə, provayder abunəçilərindən birinin bloklanmasının səbəbini bilmir və bunu araşdırmaqda maraqlı deyil.

Xatırladaq ki, Azərbaycan Xalq Cəhəsi Partiyasının sədri Əli Kərimli bildirir ki, artıq 10 gündür onun interneti və mobil telefon əlaqəsi kəsilib.

XS
SM
MD
LG