Accessibility links

Azərbaycanın Qazaxıstandakı Səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib


Azərbaycanın Qazaxıstandakı Səfirliyi bu ölkədə baş verən hadisələrlə əlaqədar Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə səfirliyin Twitter hesabında yer alan müraciətdə deyilir.

Səfirlik Azərbaycan vətəndaşlarına rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb.

Səfirlik Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat almadığını bildirib.

Yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşmasına etiraz olaraq keçirilən aksiyalar köhnə qiymətlərin qaytarılmasına və hökumətin istefasına səbəb olub.

Yanvarın 4-də hökumət maye qaz üçün köhnə qiymətlərin qaytarıldığını elan edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Alixan Smailov aralıq dövr üçün baş nazir təyin olunub.

Qazaxıstandakı sosial böhran Azərbaycanda da geniş müzakirələrə yol açıb. Sosial şəbəkələrdə insanlar Azərbaycanda bahalaşmaya, o cümlədən qazın, elektrik enerjisinin, suyun, çörəyin və digər məhsulların bahalaşmasından narazılıqlarını ifadə edən çoxsaylı statuslarla çıxış edir.

XS
SM
MD
LG