Accessibility links

Azərbaycan peyk təsvirlərindən kənd təsəsrrüfatı və kadastrda istifadə edəcək


Kosmik peyk
Kosmik peyk

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı və kadastr məqsədləri üçün istifadəsinə həsr olunmuş seminar keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda “Azərkosmos”un və peykin istehsalçısı olan Fransanın “Airbus Defence and Space” şirkətinin mütəxəssisləri peykin texniki xüsusiyyətləri, peykdən əldə edilən təsvirlər vasitəsilə torpaqların effektiv istifadəsi, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, kadastr, torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, rəqəmsal xəritəçəkmə və digər bu kimi mövzular haqqında təqdimatlar ediblər.

Nazirlik bildirir ki, bu ilin sonunadək planlaşdırılmış eynitipli növbəti seminarlar peyk təsvirlərinin müdafiə və təhlükəsizlik, neft və mədən sənayesi sahələrinə tətbiqi mövzularına həsr olunacaq.

Xatırladaq ki, 30 iyun 2014-cü ildə orbitə çıxarılmış və 2 dekabr 2014-cü ildən “Azərkosmos”a təhvil verilmiş “Azersky” peykinin 12 il müddətində fəaliyyət göstərəcəyi proqnozlaşdırılır. Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG