Accessibility links

Azərbaycanın ilk milli peyki səmada (Video)


Peyk
Peyk

Peyk fevralıın 8-də səmaya qaldırılıb


Fevralın 7-dən 8-nə keçən gecə saat 01:45-də Azərbaycanın «Azərspace-1» adlı peyk Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan «Ariane Space» fransız şirkətinin raket daşıyıcısı vasitəsilə fəzaya qaldırılıb.

Peykin çəkisi 3.2 tondur. Peyk Malayziyanın peyk operatoru MEASAT şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Dünyanın 30 ölkəsi ilə mövqe razılaşdırılması üzrə 7 illik prosesdən sonra o, öz mövqeyinə yerləşəcək – 43.2, 58.5 və 96 dərəcə şərq uzunluğu.

Cihazı Azərbaycan hökumətinin sifarişi ilə Orbital Sciences Corporation (ABŞ) hazırlayıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, peykin resurslarının 20%-i ölkənin ehtiyacı üçün istifadə ediləcək, qalanı icarəyə veriləcək.

Peyk 7 ilə xərcini çıxaracaq. Cihaz $17 mln-a sığortalanıb və istismar müddəti 15 ildir.
XS
SM
MD
LG