Accessibility links

Ramiz Əzizbəyli: Sənət aləmində ədalətsizlik yer alır [Audio]


Aktyor Amerikanın Səsinə müsahibədə sənət dünyasında durumun ürəkaçan olmadığını deyir

Azərbaycan Respublikasının xalq artisti, aktyor və rejissor, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Ramiz Əzizbəyli ilə söhbət.

Xalq artisti Ramiz Əzizbəyli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:44 0:00
Direct link

Ramiz müəllim hazırda Azərbaycandakı sənət dünyasında mövcud vəziyyətdən danışdı. Aktyor sənət dünyasında durumun bir o qədər də ürəkaçan olmadığını dedi və əlavə etdi ki, sənət dünyası reallıqla ayaqlaşmalıdır.

"Hazırda istedadlı nəsil yetişirmi?" sualının cavabında Ramiz Əzizbəyli belə bir nəslin yetişəcəyinə əmin olduğunu dedi.

Ramiz Əzizbəyli işlədiyi universitetdə yetişdirdiyi sənət dünyasına gələn hər bir tələbənin kamilləşməsinə çalışdığını bildirdi. O, Sovet təhsil sisteminə işarə edərək, o dövrün yaxşı göstəricilərinin olduğunu dedi.

Ramiz müəllim çox istedadlı tələbələrinin olduğunu, builki diplom işlərinin nümayişində onların böyük uğur qazandığını dedi.

XS
SM
MD
LG