Accessibility links

Mətanət Əzizova: "Azərbaycanda insan alveri problemi həll olunmaqdansa, ağırlaşır" [Audio]


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə İnsan alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası arasında imzalanacaq Anlaşma Memorandumunun müzakirəsi keçirilib.

Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları və 40-ayaxın QHT təmsilçisi, mətbuat nümayəndələri iştirak edib. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev ətraflı çıxış edib. O, İdarənin son illər gördüyü işlər, QHT-lərlə əməkdaşlıq və yaradılmış koalisiyanın fəaliyyətindən danışıb.

please wait

No media source currently available

0:00 0:12:02 0:00
Direct link

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova “Amerikanın səsi”nə müsahibəsi zamanı deyib ki, iclasda elə bir abu-hava yaranmışdı ki, DİN-nin nümayəndəsi bütün işləri öz əlinə götürmüşdü. Koalisiyanın yaranma tarixcəsinə nəzər salan Mətanət xanım onun yaranmasının DİN-nin QHT-lərlə əməkdaşlıq etdiyini nümayiş etdirmək mahiyyəti daşıdığını bildirib. O deyib ki, koalisiyanın bütün sənədləri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində yazılıb.

İnsan alveri ilə mübarizənin effektiv aparılması üçün əsas vasitələr nədir? Mübarizə səviyyəsi qaneedicidirmi?-sualının cavabında Qadın Krizis Mərkəzinin rəhbəri bildirib ki, qanunvericilik baxımından yaxşılığa doğru gedilir, müxtəlif tədbirlər keçirilir, proqramlar hazırlanır. Mətanət Əzizova bu addımların insan alveri problemini azaltmadığından şikayətlənib.

O, statistikanın azalmağa deyil, yüksəlişə səmt aldığını bildirib. “ Əgər bir zamanlar Azərbaycandandan trazit ölkə kimi istifadə edilirdisə, və ya insanlar buradan çıxarılırdısa, indi əksinə, daxildə insan alveri aparılır. Çin, Pakistan, Rusiya, Ukrayna və s. ölkələrdən insanlar gətirilir. Əgər bir vaxtlar Azərbaycan qadınları Türkiyə və ya Dubaya aparılırdısa, bu gün onlar Çin, Pakistan, Tailand, Hindistan kimi ölkələrdə satılır. Problem həll olunmaqdansa, ağırlaşır.”

Dünya üzrə insan alveri qurbanlarının sayı təxminən 27 milyondur Azərbaycan həm mənbə, həm istifadə, həm də transit bir ölkə kimi bu göstərici nə qədərdir?–sualını cavablandıran Mətanət Əzizova rəsmi statistika verməyin çətin olduğunu deyib. “DİN-də rəsmi statistika var. Lakin biz bu statistikadan istifadə etmirik. Çünki nazirlik könüllü fahişəliyə qarşı mübarizəni insan alverinə qarşı mübarizə kimi qələmə verir. Bu statistika beynəlxalq təşkilatlara göstərilməsi üçün aparılır. Lakin təxminlərə görə il ərzində insan alverinin qurbanlarının sayı 100-150 nəfərdir.

Ekspertləri hesab edir ki, bu sahədə çox vaxt vəzifəli şəxslər məsuliyyət daşıyır. İndiyədək azərbaycanda hərhansısa vəzifəli şəxs həbs edilibmi?-sualının cavabında Qadın Krizis Mərkəzinin rəhbəri bir sübut kimi 2008-ci ildə Dəvəçidə iki qız uşağının oğurlanmasını göstərib. Mətanət Əziziova deyib ki, bu hadisədə polis idarəsinin rəhbərinin adı hallansa da, o heç vaxt məsuliyyətə cəlb edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG