Accessibility links

Azərbaycan “Dünyanın Nəbzi – 2010” dialoqunda iştirak edir


Azərbaycan “Dünyanın Nəbzi – 2010” dialoqunda iştirak edir
Azərbaycan “Dünyanın Nəbzi – 2010” dialoqunda iştirak edir

Bu layihə Amerika prezidenti Barak Obamanın Qahirədəki “Yeni başlanğıclar” çıxışından irəli gəlib

Azərbaycan Amerika prezidenti Barak Obamanın Qahirədəki “Yeni başlanğıclar” çıxışından irəli gələn “Dünyanın Nəbzi 2010” beynəlxalq virtual dialoquna qatılan doqquz ölkədən biridir. Martın 29-dan 31-dək keçirilən dialoqda Azərbaycan vətəndaşları ilə dünyanın müxtəlif guşələrindəki insanlar arasında təhsil, ətraf mühitin qorunması, gənclər, qadınların rolunun artırılması kimi mövzular ətrafında diskussiyalar aparılır.

Dialoq iştirakçıları “Amerikanın səsi” radiosuna müzakirələrin gələcəkdə də davam etdirilməsinə tərəfdar olduğunu bildirib. Onlar hesab edir ki, müxtəlif sahələrdə dünyanın digər dövlətlərində aparılan islahatları müzakirə edib, təcrübələri bölüşmək çox yaxşıdır.

Azərbaycan “Dünyanın Nəbzi – 2010” dialoqunda iştirak edir
Azərbaycan “Dünyanın Nəbzi – 2010” dialoqunda iştirak edir

Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, “Dünyanın Nəbzi 2010” təşəbbüsünə dünya üzrə minlərlə iştirakçı qoşulsa da Azərbaycan bu tədbirdə iştirak üçün seçilmiş doqquz ölkədən biridir. “Qlobal Nəbz” proqramı Azərbaycanda ilk dəfədir həyata keçirilir. Bu Amerika hökumətinin Azərbaycan xalqı ilə qarşılıqlı faydalı tərəfdaşlığa xüsusi önəm verdiyini bir daha göstərir”.

Onun fikrincə, beynəlxalq virtual dialoq qlobal problemlərin qlobal həlli yollarının tapılmasına kömək edir.

“Prezident Obamanın Qahirədəki çıxışında yeni, sağlam ideyaları tapıb ortaya çıxartmaq üçün bütün dünya üzrə tərəfdaşlarımızla təmas qurmağı prioritet sahə elan edib” - deyə cənab Lu qeyd edib.

Müvəqqəti işlər vəkili “Amerikanın səsi” radiosunun sualının cavabında Azərbaycana yaxın zamanda yeni səfir təyin ediləcəyini bildirib. “Ümid edirəm ki, Amerikanın yeni səfiri Azərbaycana tez bir zamanda gələcək. Yeni təyin ediləcək səfir diplomatiya sahəsində çox zəngin təcrübəyə malik bir şəxs olacaq. Düşünürəm ki, bu səfiri gözləməyə dəyər”.

Onun fikrincə, Amerikanın Azərbaycana səfirinin təyinatının gecikməsi iki ölkə arasındakı münasibətlərin əksi deyil. “Bu Amerikada mövcud bürokratik məqamların göstəricisidir. ABŞ-da səfir təyinatı mürəkkəb prosesdir. Digər dövlətlər də var ki, hazırda ABŞ səfirləri yoxdur. Onlar bizim üçün böyük önəm daşıyan, vacib dövlətlərdir. Şübhəsiz ki, Azərbaycan bu dövlətlərin sırasındadır”.
Cənab Lu “Amerikanın səsi”nin Amerika-Azərbaycan münasibətləri ilə bağlı sualının cavabında bildirib ki, ABŞ-la Azərbaycan arasında çox güclü münasibətlər var. “ABŞ - Azərbaycan münasibətlərinin çox dərin kökləri var. İki ölkə arasında dialoq çox aktiv davam edir. ABŞ dövlət katibinin müavini, konqresmenlər, yüksək rütbəli hərbi şəxslər tez-tez Azərbaycana gəlir. Azərbaycan rəsmiləri də Amerikaya səfərlər edir”.

Müvəqqəti İşlər vəkili Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyib ki, münaqişə sülh yolu ilə, danışıqlar prosesi nəticəsində həll olunmalıdır. “Biz digər alternativ yol görmürük. Sülh danışıqları Azərbaycan və Ermənistandan siyasi iradə tələb edən bir prosesdir. İstərdim, Azərbaycan xalqı bilsin ki, ABŞ rəhbərliyi, prezident, dövlət katibi bu istiqamətdə səylər göstərir”, - deyə o qeyd edib.


XS
SM
MD
LG