Accessibility links

Azərbaycan gəncləri Facebookda etiraz kampaniyasına başlayıb


Azərbaycan gəncləri Facebookda etiraz kampaniyasına başlayıb
Azərbaycan gəncləri Facebookda etiraz kampaniyasına başlayıb

Böyük Xalq Hərəkatı adlanan etiraz kampaniyasına “Facebook”da 1000 nəfərdən çox adam qoşulub, paylaşılan materiallar 20 mindən çox istifadəçini əhatə edir.

Gənc fəalların sosial şəbəkələrdə yeni etiraz kampaniyasına start verdiyi açıqlanıb. “Media forum” saytına verilən məlumatda deyilir ki, Böyük Xalq Hərəkatı adlanan etiraz kampaniyasına “Facebook”da 1000 nəfərdən çox adam qoşulub, paylaşılan materiallar isə 20 mindən çox istifadəçini əhatə edir.

Fransada yaşayan bloqçu Elnur Məcidli Böyük Xalq Hərəkatı səhifəsinin idarə heyəti adından açıqlama verərək bildirib ki, əsas məqsədlərdən biri internet istifadəçisi olan narazı azərbaycanlıları bir araya gətirmək, hakimiyyətə ictimai nəzarəti gücləndirməkdir.

Elnur Məcidli Böyük Xalq Hərəkatının idarə heyətinin Amerikada, Avropada və Azərbaycanda yaşayan fəal narazı gənclərdən təşkil olunduğunu vurğulayıb.

Hərəkatın “Etiraz.com” saytı açdığı, “Youtube” və “Twitter” şəbəkələrində səhifələr yaratdığı bildirilir.

XS
SM
MD
LG