Accessibility links

Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb


Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb
Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb

Beş seçki blokunda 12 siyasi partiya birləşir

Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək partiya bloklarının qeydiyyatı davam edir. Bu gün Mərkəzi Seçki Komissiyası siyasi partiyaların “Demokratiya”, “İslahat” və “AXCP-Müsavat” seçki bloklarını qeydiyyata alıb.
“Demokratiya” bloku Demokratik İslahatlar və Vətəndaş Həmrəyliyi partiyaları, “İslahat” bloku Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət və Böyük Quruluş partiyaları, “AXCP-Müsavat” bloku isə Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası tərəfindən yaradılıb.
Ötən şənbə MSK “Qarabağ” (“Ümid”, “Aydınlar” və Demokrat partiyaları) və “İnsan naminə” (Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası) seçki bloklarını qeydiyyata alıb.

XS
SM
MD
LG