Accessibility links

Azərbaycan müdafiə naziri Moskvada səfərdədir


Azərbaycan müdafiə naziri Moskvada səfərdədir
Azərbaycan müdafiə naziri Moskvada səfərdədir

Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri, o cümlədən Qəbələ Radiolokasiya Stansiyasının icarə şərtləri barədə müzakirələr aparılıb.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Rusiyada işgüzar səfərdədir.

APA Agentliyi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirib ki, Səfər Əbiyev rusiyalı həmkarı Anatoli Serdyukovla görüşüb. Görüşdə Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən Qəbələ Radiolokasiya Stansiyasının icarə şərtləri ilə bağlı müzakirələr aparılıb.
Müzakirələrin davamı olaraq yaxın günlərdə Qəbələ RLS-lə bağlı Rusiya tərəfinin yaratdığı komissiyanın Azərbaycana səfəri planlaşdırılır.

XS
SM
MD
LG