Accessibility links

Azərbaycan müxalifəti Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edib


Azərbaycan müxalifəti Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edib
Azərbaycan müxalifəti Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edib

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ad günündə Misir rəhbərliyi də daxil olmaqla avtoritar rejimlər tənqid olunub

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin ad günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də anadan olub.

Ölkədə demokratik düşərgənin təmsilçiləri Məhəmməd Əmin Rəsulzadənin ad günü münasibəti ilə onun anadan olduğu Bakının Novxanı kəndindəki abidəsi önündə xatirə mitinqi keçirib. Mitinqdə müsəlman şərqində ilk demokratik dövlət olan Xalq Cümhuriyyətinin qurucusunun xatirəsi ehtiramla yad edilib.

İctimai Palatanın üzvü Pənah Hüseyn Xalq Cümhuriyyətinin qurucularına iqtidarın biganəliyini tənqid edib, onların büstünün sökülməsinə, adlarının universitetlərdən götürülməsinə etiraz edib. “Bu bütpərəst iqtidar şərqdə ilk demokratik dövlət quran insanların adlarını universitetlərdən çıxarır, büstlərini götürür. Diktator Hüsnü Mübarəkə heykəl ucaldır, onun arvadının adını daşıyan məktəb açır. Biz Misir diktatoru Hüsnü Mübarəkin heykəlinin dərhal uçurulmasını və Azərbaycan məktəbinə Mübarəkin xanımının adının verilməsi barədə qərarın ləğv olunmasını tələb edirik”, - deyə o qeyd edib.

Müsavat başqanı İsa Qəmbər 2011-ci ili Azərbaycanda demokratik islahatlar ili adlandırıb. 2011-ci ildə Müsavat Partiyasının 100 illiyi tamam olur və bu il Azərbaycanda demokratiyaya nail olunması baxımından partiyanın ideya və məqsədlərinin reallaşmasında əlamətdar olacaq. “Azərbaycan dəyişikliklər ərəfəsindədir və ötən ilin sonlarında yaradılmış Demokratiya Uğrunda Vətəndaş Hərəkatı: “İctimai Palata” həmin islahatların reallaşmasına görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır“.
Bu qurum demokratik qüvvələrin konsolidasiyası üçün platforma ola bilər. O, bütün siyasi qüvvələri və ictimai təşkilatları “İctimai Palata”nın ətrafında birləşməyə çağırıb. AXCP lideri Əli Kərimli qeyd edib ki, hazırda Azərbaycan hakimiyyətində xalqın azadlığını və demokratiyanı istəməyən qüvvələr təmsil olunub. Ərəb dünyasında baş verən inqilabi hadisələrə toxunan Kərimli xatırladıb ki, islam dünyasında ilk demokratik dövlət Azərbaycanda yaradılıb.
Cənab Kərimli əmin olduğunu bildirib ki, ərəb dünyasında başlamış demokratiya dalğası Azərbaycan da daxil olmaqla, digər regionlara da keçə bilər.

XS
SM
MD
LG