Accessibility links

Azərbaycan ordusunun əsgəri cəbhədə həlak olub


Azərbaycan ordusunun əsgəri cəbhədə həlak olub
Azərbaycan ordusunun əsgəri cəbhədə həlak olub

Gün ərzində cəbhədə atışma davam edib. Cəbhənin şimal və cənub cinahlarında atəşkəs rejimi pozulub.

Azərbaycan Ordusunun əsgəri Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid ölüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend Agentliyinə bildirib ki, erməni hərbiçilərin bu gün Ağdamın Əhmədağalı kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində əsgər Mahmud Mardaliyev həlak olub. Mardaliyev bu ilin yanvarında Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da və 11-də cəbhənin qərb və cənub cinahlarında atəşkəs rejimini pozmaqda davam edib. Azərbaycan Silahlı Qüvvələri də əks istiqamətdə atəş açıb.

XS
SM
MD
LG