Accessibility links

Azərbaycan parlamenti İranın antiazərbaycan siyasətini tənqid edib


Azərbaycan parlamenti İranın antiazərbaycan siyasətini tənqid edib
Azərbaycan parlamenti İranın antiazərbaycan siyasətini tənqid edib

Milli Məclis İranın Azərbaycana qarşı siyasəti, dini inqilab ixracı, daxili işlərə qarışma, azərbaycanlıların hüquqularını pozması ilə bağlı məslələrə toxunub.

Azərbaycan parlamentinin yaz sessiyası açılıb. Sessiyanın ilk plenar iclasında çoxsaylı deputat İranın antiazərbaycan siyasətini pisləyəyn bəyanatlarla çıxış edib, İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulduğunu diqqətə çatdırıb. Depuatatlar Milli Məclis üzvlərini beynəlxalaq təşkilatlarda İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı qərarlar qəbul edilməsinə nail olmağa çağırıb.

Deputat Azay Quliyev Milli Məclisin İranın Azərbaycanın daxili işlərinə qarışmasına etitraz etməsini vacib sayır. Onun fikrincə, İranla-Ermənistan arasında neft boru kəməri çəkilməsi ilə bağlı imzalanmış sənəd İranın ikili siyasətinin bir daha göstəricisidir.

Deputat Zahid Oruc İranın Azərbaycana dini inqilab ixracı ilə bağlı fəaliyyətini qeyd edib. Onun fikrincə, din ixracından daha təhlükəli hərəkət İranın Azərbaycana narkotik ixracıdır.

Deputat Azərbaycan hökumətini İran vətəndaşlarının Azərbaycana vizasız girişi ilə bağlı qərar qəbul etməməyə çağırıb. Cənab Zahid hesab edir ki, İranın Azərbaycanla yanaşı Gürcüstan vətəndaşlarına qarşı vizanı ləğv etməsi də təhlükəlidir. Xüsusilə, Gürcüstan vətəndaşı olan azərbaycanlıların ələ alınması baxımından İran fəaliyyətlərini davam etdirir.

Deputatlar, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və YAP icra katibinin müavini Mübariz Qurbanlı da İranın antiazərbaycan siyasətini kəskin tənqid edib. Cənab Ağamalı İran hökumətinin bu ölkədə yaşayan çoxmilyonlu azərbaycanlının dil və təhsil hüquqlarını tanımadığını, repressiyalara məruz qoyduğunu pisləyib. O deputatları və vətəndaşları İrana qarşı açıq və kəskin ideoloji mübarizəyə çağırıb.

Cənab Ağamalı hesab edir ki, Azərbaycan vətəndaşlarının İranda təhsil almasına qadağa qoyulmalıdır. Onun fikrincə, İran Qum şəhərində dini təhsil almış Azərbaycan vətəndaşlarından Azərbaycana qarşı siyasətində istifadə edir.

Deputat Məlahət Həsənova İranın Azərbaycana qarşı pərdəarxası siyasətini pisləyib.

Deputat Qənirə Paşayeva İranda yaşayan azərbaycanlıları İranın antiazərbaycan siyasətinə qarşı çıxmağa çağırıb. O hesab edir ki, İran azərbaycanlıların Təbriz şəhərindən və azərbaycanlıların yaşadığı ərazilərdən keçməklə Ermənistana neft kəməri inşa edə bilməyəcək.

XS
SM
MD
LG