Accessibility links

Azərbaycan və Avropa Komissiyası Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalayıb


Azərbaycan və Avropa Komissiyası Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalayıb
Azərbaycan və Avropa Komissiyası Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalayıb

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu Azərbaycanda səfərdədir. O, prezident İlham Əliyevlə təkbətək, geniş tərkibdə görüşlər keçirib. Görüşlərin nəticəsi olaraq prezident İlham Əliyev və Avropa Komissiyasının Sədri Xose Manuel Barrozu “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” imzalayıb.

Eyni zamanda, tərəflər həm də “Azərbaycan və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu”, “Azərbaycan və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu” imzalayıb.

Görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi , enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulanıb.

Prezidenti İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yaxşı tarixi və səmərəli gələcək perspektivləri olduğunu deyib.

“Əminəm ki, bu ilin yaxşı başlanğıcı bütün məqsədlərimizin həyata keçirilməsinə zəmin yaradacaq. Bu baxımdan enerji təhlükəsizliyi, siyasi və iqtisadi islahatlar kimi məsələlər nəzərdə tutulub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə çox yaxşı münasibətləri var” - deyə o qeyd edib.

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu isə bildirib ki, Azərbaycan Avropa İttifaqının regiondakı etibarlı tərəfdaşıdır. “Biz bunu əvvəllər də bəyan etmişdik, indi isə bir daha bunu əyani şəkildə görürük. 2008-ci ildə ölkənizdə nümayəndəliyimizi, indi isə səfirliyimizi açmışıq. Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir, artım tempiniz çox yüksəkdir. Deyərdim ki, bu, dünyada ən yüksək tempdir. Bilirəm ki, cəmiyyətiniz də çox dinamik cəmiyyətdir. Mən bunu alqışlayıram”.

O, Azərbaycanın beynəlxalq məsələlərdə, xüsusən də terrorçuluğa qarşı mübarizədə oynadığı mühüm rolu yüksək dəyərləndirib. “Azərbaycan müəyyən ölkələrdə davam edən münaqişələrin qarşısının alınmasına da öz töhfəsini verir. Sizin bu məsələlərdə tutduğunuz mövqe xüsusi əhəmiyyət kəsb edir”.

Cənab Barozzu enerji münasibətlərini Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin təməl daşı adlandırıb. “Biz bu məsələləri də müzakirə edəcəyik. Lakin aydın şəkildə onu da bəyan etmək istəyirik ki, münasibətlərimiz təkcə neft və qaz sahəsi ilə məhdudlaşmır. Biz ümumi maraq doğuran məsələlərə əsaslanan daha geniş münasibətlər qurmaq əzmindəyik”- deyə o qeyd edib.

XS
SM
MD
LG