Accessibility links

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri insan alveri ilə mübarizə üzrə əməkdaşlıq memorandumu imzalayıb


Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri insan alveri ilə mübarizə üzrə əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri insan alveri ilə mübarizə üzrə əməkdaşlıq memorandumu imzalayıb

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda səfirlik açır. Azərbaycan Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycan Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, imzalanma mərasimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinə martın 21-də rəsmi səfəri zamanı olub.

Nazir Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nahyan ilə görüşü zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki, səhiyyə, təhsil, mədəniyyət, turizm sahələrində münasibətlərin inkişaf etdiyi vurğulanıb. “Azərbaycan xarici siyasətində Ərəb dünyası ilə əlaqələrə xüsusi önəm verir və ərəb ölkələri ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıqda maraqlıdır”, - deyə o qeyd edib.

Nazir Şeyx Abdulla bin Zayed Əl Nahyan Azərbaycanın 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin BƏƏ tərəfindən dəstəkləndiyini bildirib.

Nazir qısa zamanda BƏƏ-in Azərbaycanda səfirliyinin açılacağını deyib.

XS
SM
MD
LG