Accessibility links

Azərbaycan vətəndaşlarına Yəmənə getməməyi tövsiyə edir


Azərbaycan vətəndaşlarına Yəmənə getməməyi tövsiyə edir
Azərbaycan vətəndaşlarına Yəmənə getməməyi tövsiyə edir

Xarici İşlər Nazirliyi Yəməndə yaşayan vətəndaşlarından yaranmış problemlə bağlı Səudiyyə Ərəbistanındakı səfirliyə və Ciddədəki konsulluğa müraciət etməsini xahiş edir

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edib. Məlumatda deyilir ki, fevral ayından başlayaraq Yəmənin paytaxtı Səna və Ədən şəhərlərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlayıb. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olub.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına təhlükəsizlik baxımından Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınmasını tövsiyə edir. Bununla belə, Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri, iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinə və səfirliyin Ciddə şəhərindəki ofisinə müraciət etmələri tövsiyə olunur. Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

XS
SM
MD
LG