Accessibility links

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkdadır


Azərbaycanın xarici işlər naziri Nyu-Yorkdadır
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkdadır

Nazir Məmmədyarov Cənubi Afrika Respublikasının prezidentinin sədrliyi ilə TŞ-da keçiriləcək müzakirələrdə çıxış edəcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə yanvarın 10-dan 12-dək Nyu-York şəhərinə gedib.
Səfəri zamanı nazir Məmmədyarov Cənubi Afrika Respublikasının xarici işlər nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və yanvarın 12-də Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə çıxış edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində cənab Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

XS
SM
MD
LG