Accessibility links

Azərbaycan xarici işlər naziri İranda səfərdədir


Azərbaycan xarici işlər naziri İranda səfərdədir
Azərbaycan xarici işlər naziri İranda səfərdədir

İranla Azərbaycan arasında nəqliyyat sahəsində mövcud çətinliklərin aradan qaldırılmasının vacibliyini vurğulayan Salehi əlaqələrin genişləndirilməsinə yardım edəcək bank xidmətlərinin sürətləndirilməsinin əhəmiyyətli olduğunu deyib. Cari ildə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin 500 milyon dollar həcmində olduğunu bəyan edən Salehi ticarət əlaqələrinin daha da genişləndirilməsinə çağırıb.

İranda iki günlük səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 7-si Tehranda həmkarı Əli Əkbər Salehi ilə görüşüb.

“Media forum” saytının məlumatına görə, iki saatdan çox çəkən görüşdə cənab Salehi İranla Azərbaycanın bir-birinə çox yaxın ölkələr olduğunu deyib: “Dünyada az ölkələr tapmaq olar ki, İranla Azərbaycan qədər mədəni və dini baxımdan bir-birinə yaxın olsun və uzun əsrlər bir-biri ilə mehriban yaşamış olsun. Biz hesab edirik ki, hər iki ölkənin ayrı-ayrı beynəlxalq və regional təşkilatlara üzv olması İranla Azərbaycan mənafeyinə ziddiyyət təşkil etməməlidir. Elə buna görə də, tərəflər arasında imzalanmış müqavilələr hər iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsində önəmli rol oynaya bilər”.

İranla Azərbaycan arasında nəqliyyat sahəsində mövcud çətinliklərin aradan qaldırılmasının vacibliyini vurğulayan Salehi əlaqələrin genişləndirilməsinə yardım edəcək bank xidmətlərinin sürətləndirilməsinin əhəmiyyətli olduğunu deyib. Cari ildə İranla Azərbaycan arasında iqtisadi əlaqələrin 500 milyon dollar həcmində olduğunu bəyan edən Salehi ticarət əlaqələrinin daha da genişləndirilməsinə çağırıb.

Nazir Məmmədyarov da hər iki ölkənin tarixi, mədəni və dini əlaqələrindən və bu münasibətlərin yaxınlığından danışıb: “Biz müştərək iqtisadi komissiya çərçivəsində hər iki ölkə arasında bir müqavilənin imzalanmasına ümid edirik. Son iki ildə iqtisadi əlaqələrimiz genişlənib, enerji sahəsində yeni müqavilə bağlamışıq. Bundan əvvəl də Azərbaycandan İrana qaz ixrac edilib. Bu fəaliyyətlər yenə davam edəcək. Biz həmçinin ümid edirik ki, İranla Azərbaycan arasında yeni sərhəd keçid məntəqələri tikiləcək və bu keçid məntəqələri sutka ərzində fəaliyyət göstərəcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG