Accessibility links

Azərbaycanda Amerika təhsil yarmarkası açılır


Azərbaycanda Amerika təhsil yarmarkası açılır
Azərbaycanda Amerika təhsil yarmarkası açılır

Cənubi Karolina Universiteti, Talsa Universiteti, The New York Plattsburg Dövlət Universiteti, Linn Universiteti, Hult İnterneşinal Biznes Məktəbi və Bergen Communiti Kollecin nümayəndələri də yarmarkada iştirak edəcək

Oktyabrın 10-da Azərbaycan Dillər Universitetində “Amerika Təhsil Yarmarkası-2010” açılacaq. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Amerikanın tanınmış ali məktəblərinin, o cümlədən, Cənubi Karolina Universiteti, Talsa Universiteti, The New York Plattsburg Dövlət Universiteti, Linn Universiteti, Hult İnterneşinal Biznes Məktəbi və Bergen Communiti Kollecin nümayəndələri də yarmarkada iştirak edəcək. Bundan əlavə, ABŞ-da təhsil almaqla məşğul olan yerli və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən, Bakı Təhsil İnformasiya Mərkəzi, American Councils (Amerika Şurası) və İREX bu ölkənin təhsil proqramlarına aid suallara cavab verəcək.

ABŞ ali təhsil almaq üzrə dünya lideridir və başqa ölkələrlə müqayisədə ABŞ-da daha çox tələbələr təhsil alırlar.

Son bir neçə il ərzində ABŞ-da təhsil alan gənc azərbaycanlıların sayının artması Amerikadakı təhsilin vacibliyini göstərir. ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri Terri Devidson deyib ki, azərbaycanlı gənclər ən yaxşı təhsil imkanlarını axtarır. “ABŞ isə dünyanın ən yüksək standartlarına malik olan ali təhsil təklif edir. ABŞ-da təhsil almaq məqsədilə təhsil vizasını almaq üçün müraciət edən gənc azərbaycanlıların sayı son iki ildə 14% artıb”, - deyə o qeyd edib.

XS
SM
MD
LG