Accessibility links

Azərbaycanda insan hüquqlarının vəziyyəti gərgin və ağır qiymətləndirilir


Azərbaycanda insan hüquqlarının vəziyyəti gərgin və ağır qiymətləndirilir
Azərbaycanda insan hüquqlarının vəziyyəti gərgin və ağır qiymətləndirilir

Hüquq müdafiəçilərinin fikrincə azad seçki, toplaşmaq, ifadə azadlığı, mülkiyyət azadlığı sahəsində vəziyyət xüsusilə ağırdır

10 dekabr - Beynəlxalq İnsan Haqları günüdür. Dünya boyu hüquq müdafiəçiləri və demokratik hökumətlər geniş tədbirlər keçirib gördükləri işlərlə bağlı xalqlarına hesabatlar verir. Azərbaycanda isə Ombudsman Aparatı səviyyəsində konfrans keçirilib və çoxsaylı qeyri-hökumət təşkilatları insan azadlıqları sahəsində problemlərlə bağlı tədbirlər təşkil edib. Azadlıqlar sahəsində günün kulminasiyası Yasamal rayon məhkəməsində Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ölkənin iki ən çoxtirajlı nəşri ”Azadlıq” və “Yeni Müsavat” qəzetinə qarşı iddiasına etirazla müşahidə edilib. Onlarla gənc “Ayı bir milyon, pensioner 100 manat!”, - deyə məhkəməyə səslənib.

Xatırladaq ki, iddiaya nazir oğlunun restoranların birində ayı kəsdirərək, kabab hazırlamağı tələb etməsindən və əvəzində 1 milyon manat ödəməsindən bəhs edən yazılar səbəb olub. İddiaya səbəb olan digər məqalə nazir oğlunun Dubaydakı Bürc Dubay restoranında saldığı qalmaqala görə oradan qovulmasından bəhs edir. O qəzetlərin hər birindən 300 min dollar cərimə tələb edir.

Bu gün daha bir etiraz aksiyası qızların orta məktəblərə hicabda daxil olmasın icazə verməyən Təhsil Nazirliyinin qarşısında olub. Yüzlərlə dindar azyaşlı uşaqların məktəbə hicabda buraxılmasını tələb edib.

Polislə qarşıdurma nəticəsində on bir nəfər dindar saxlanıb.

Hüquq müdafiəçiləri ümumilikdə ölkədə hüquq müdafiə durumunu gərgin qiymətləndirir. Onların fikrincə, azad seçki, toplaşmaq, ifadə azadlığı, mülkiyyət azadlığı sahəsində vəziyyət xüsusilə ağırdır.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq hüquq və azadlıqların müdafiəsi sahəsində hökumətin işini müsbət qiymətləndirir. Hətta bəzi rəsmilər, Azərbaycanda insan hüquqlarının vəziyyətini mərkəzi və qərbi Avropa dövlətləri ilə müqayisə edir.

XS
SM
MD
LG