Accessibility links

Azərbaycanda palçıq vulkanı püskürüb


Azərbaycanda palçıq vulkanı püskürüb
Azərbaycanda palçıq vulkanı püskürüb

Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik 3 kilometr məsafəyədək hiss olunub.

Martın 13-də Qobustan rayonunun Şıxzəyirli kəndi (Bakıdan 120 kilometr şimal-qərb) yaxınlığında Şıxzəyirli palçıq vulkanını püskürüb.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qurumun Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin İnkişafı Departamentinin və Geoloji Kəşfiyyat Xidmətinin araşdırması zamanı palçıq vulkanının püskürməsi nəticəsində külli miqdarda palçıq lavasının ətraf ərazilərə axdığı (bəzi yerlərdə lavanın hündürlüyü 30 santimetrdən 3 metrədək çatıb) və partlayış nəticəsində torpaq üzərində 40-50 santimetrlik çatların əmələ gəldiyi məlum olub.
Vulkan püskürərkən alovun hündürlüyü 60-70 metrədək qalxıb, istilik 3 kilometr məsafəyədək hiss olunub.
Nazirlik bildirir ki, püskürmüş Şıxzəyirli palçıq vulkanından təqribən 600-700 metr məsafədə yaşayış evləri yerləşdiyindən əraziyə aidiyyəti qurumlar tərəfindən gün ərzində nəzarət olunur.
Hazırda palçıq vulkanının müxtəlif yerlərində səs-küylə müşayiət olunan qaz çıxır və alovun hündürlüyü 2 metrə çatır.
Təqribən 6-7 ildən bir aktivləşən Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2005-ci ildə püskürüb, lakin bu dəfəki püskürmə daha güclü partlayışla müşayiət olunub.
Nazirliyin məlumatına görə, hazırda Ələt qəsəbəsində yerləşən Daşgil və Ayrantökən palçıq vulkanlarında da ciddi aktivlik müşahidə olunur.
Azərbaycanın Fövqəladə Hallar nazirliyi isə əhali və yaşayış məskənləri üçün təhlükə olmadığını bildirib. Hazırda Şıxzəminli vulkanında səngimə qeydə alınır.

XS
SM
MD
LG