Accessibility links

Azərbaycandakı diplomatik korpuslar İctimai Palata ilə görüş keçirib


Sərbəst toplaşmaq azadlığı, “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər, Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi, siyasi məhbuslar məsələsi diqqət mərkəzində olub.

İctimai Palatanın Koordinasiya Şurası Müsavat Partiyasının qərargahında Azərbaycandakı diplomatik korpusların nümayəndələri ilə görüş keçirib. Görüşdə Avropa Şurasının, Avropa İttifaqının Bakı ofisinin təmsilçiləri, Almaniyanın Azərbaycandakı səfiri, ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və başqa ölkələrin 20-dən çox diplomatı iştirak edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Media forum” saytına bildirib ki, görüşlər davam edəcək. “Məqsədimiz Azərbaycanda demokratiyanın inkişafına, insan hüquqlarına əməl edilməsinə nail olmaqdır. İctimai Palata Azərbaycanın gələcəyini Avropa İttifaqında görür. Ona görə də Avropa İttifaqını təmsil edən ölkələrin, ATƏT, Avropa Şurası, ABŞ, Türkiyənin diplomatları ilə daim belə məsləhətləşmələr aparırıq və bunu faydalı hesab edirik”.

Onun sözlərinə görə, görüşdə Azərbaycanda baş verənlər müzakirə predmeti olub. “Sərbəst toplaşmaq azadlığı, “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər,

Azərbaycanın beynəlxalq öhdəlikləri və onların yerinə yetirilməsi məsələsi, siyasi məhbuslar və başqa məsələlər diqqət mərkəzində oldu”, - deyə cənab Kərimli qeyd edib.

XS
SM
MD
LG