İranda Azərbaycan dili və mədəniyyətinin tanınması uğrunda apardığı mübarizəyə görə 5 gün əvvəl tutulan ərdəbilli gənc şair və jurnalist Səid Muğanlı Təbrizin ETTELAAT idarəsinin zindanına köçürülüb.
ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları “Yaşmaq”, “Dilmanc” və bir sıra digər azərbacandilli ədəbi nəşrlərin əməkdaşı Səid Muğanlını iyunun 8-də atasının Ərdəbilin Yelsu kəndindəki mənzilindən tutub aparıblar. Evdə axtarış aparılıb, azərbaycanlı fəala məxsus kitablar, əlyazmalar və bir sıra digər şəxsi əşyalar götürülüb.“Media forum” saytının məlumatına görə, zindandan ailəsi ilə saxladığı ilk telefon əlaqəsində Səid Muğanlı ona qarşı konkret hansı ittihamın irəli sürüldüyündən xəbərsiz olduğunu deyib.