Accessibility links

Azərbaycanla Çin hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib


Azərbaycanla Çin hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanla Çin hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib

Danışıqlarda Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi və hərbi- texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri diqqət mərkəzində olub

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev oktyabrın 25-29-da Çində rəsmi səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatına görə, cənab Əbiyevin Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi Çen Binde ilə görüşündə iki ölkə arasında hərbi-siyasi münasibətlər, regiondakı vəziyyət müzakirə edilib. Hərbi təhsil sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

O Azərbaycanın ərazi bütövlüyünü tanıdığına və verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkürünü bildirib. “Azərbaycan da Tayvan problemi ilə bağlı Çini dəstəkləyir”, - nazir Əbiyev qeyd edib.
Azərbaycanın müdafiə nazirinin Çinin Dövlət Şurasının üzvü- müdafiə naziri Lyan Quanle görüşündə iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişlənməsi diqqət mərkəzində olub.
Nazir Əbiyev Azərbaycanın Çinlə geniş hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirib. “Azərbaycan terror, separatçı və ekstremist fəaliyyətlərlə hər zaman mübarizə aparır və bu sahədə bütün dövlətlərlə sıx əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır”- deyə o vurğulayıb.
O, Azərbaycanın işğala məruz qaldığını və torpaqların mütləq azad ediləcəyini bildirib: “Sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcək. Bunun üçün Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işləri aparılır”.
Cənab Əbiyev Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin 24-cü diviziyasına da baş çəkib.
Nazirin Çinin Mərkəzi Hərbi Şurasının sədr müavini Siyuy Tsayxou ilə görüşündə də Çinlə Azərbaycanın hərbi sahədə əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib.
Nazir Əbiyev çinli həmkarına hərbi təhsil sahəsində Azərbaycana verilən dəstəyə görə minnətdarlığını bildirib. Görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi və hərbi- texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə edilib.

XS
SM
MD
LG