Accessibility links

Aztirajlı qəzetlərin maliyyələləşdirilməsi dayandırılacaq


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)_logo
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)_logo

Yanvarın 31-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda keçirilən iclasda xeyli sayda qəzetlərin maliyyələşdirilməsinin azaldılacağı elan edilib.

Fondun rəhbəri Vüqar Səfərli işarə edib ki, internet dövründə qəzet çapının maliyyələşdirilməsinin mənası yoxdur.

Qəzetlər
Qəzetlər

“Müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur,” Səfərli qeyd edib.

Müsabiqədə tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər.
Vüqar Səfərli, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri

O həmin göstəricilərə uyğun olmayan qəzetləri açıqlamayıb.

Lakin sosial şəbəkələrdə tezliklə bağlanacağı ehtimal edilən təxminən 20 qəzetin siyahısı yayılıb. Bunlar "Şərq", "Ədalət", "Unikal", "Palitra", "Paralel", "Azad Azərbaycan", "Hürriyyət", "Reytinq", "Olaylar", "Bizim yol", "Üç nöqtə", "Mövqe" və başqa qəzetlərdir.

Müşahidəçilər hesab edir ki, “Səs", "Yeni Azərbaycan", "Yeni Müsavat", "İki sahil", "Kaspi", "Bakı xəbər", "Novoye vremya", "525-ci qəzet" nəşrlərinin çap varinatlarının maliyyələşdirlməsi davam etdirləcək.

Hələlik bununla bağlı rəsmi təsdiq və ya hər hansı şərh yoxdur.

XS
SM
MD
LG