Accessibility links

Azyaşlı qızı cinsi təcavüzə məruz qoyan şəxs saxlanılıb


Baş Prokurorluq

Oktyabrın 19-da azyaşlı qızın cinsi təcavüzə məruz qalmasında şübhəli bilinən Əsgər Ağazadə saxlanılıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatı Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsinə təsdiq edib.

Bu il oktyabrın 12-də cinsi zorakılığa məruz qaldığı iddia edilən qızın anası Zümrüd Yağmur keçirdiyi mətbuat konfransında deyib ki, ötən ilin avqustunda hadisədən iki gün sonra polisə şikayət edib və cinayət işinin istintaq prosesi ərzində sübutların toplanılması üçün bütün lazımi addımlar atılıb.

O həmçinin bildirib ki, cinayəti həmin şəxsin törətdiyini sübut edən azı 3 ədəd tibbi ekspertiza rəyi var. Buna baxmayaraq, Bakının Yasamal Rayon Prokurorluğunda cinayət işinə “kifayət qədər sübut olmadığı” əsas gətirilərək iki dəfə xitam verilib. Apellyasiya Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı qərara əsasən, iş araşdırılması üçün geri göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidməti bildirib ki, azyaşlı qızın cinsi təcavüzə məruz qalması barədə Cinayət Məcəlləsinin 149.2.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon Pprokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

“Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir,” mətbuat xidməti qeyd edib.

Əsgər Ağazadənin ailə üzvləri və vəkili onun saxlanılmasına və ittihama hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG