Accessibility links

Azərbaycanlı kinorejissorun filmi Oskar mükafatına nominasiya edilib

Azərbaycanlı kinorejissor Rüfət Həsənovun "Daxildəki ada" tammetrajlı filmi Oskar mükafatına namizəd seçilib.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, film Amerika Kinematoqrafiya Akademiyasının Xarici Dildə Ən Yaxşı Film nominasiyasında qısa siyahıya düşüb.

“Daxildəki ada” filmi əslən Azərbaycandan olan beynəlxalq şahmat qrossmeysteri Seymur Tahirbəyovun hazırkı dünya çempionuna qarşı mübarizə aparmaq şansı əldə etməsindən bəhs edir,” məlumatda qeyd edilir.

Bu il dekabrın 6-da akademiya müsabiqə üçün yararlı olan 93 filmin siyahısını verib, siyahıya düşəcək 15 finalist filmin adı dekabrın 21-də açıqlanacaq. Seçilmiş son 5 finalçı filmin adı isə 2022-ci il fevralın 8-də məlum olacaq.

XS
SM
MD
LG