Accessibility links

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb


karantin
karantin

Azərbaycanda xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadılıb.

Bu barədə Azərbaycan Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həftə sonları ictimai nəqliyyat və metro işləməyəcək.

Bu qərar 2021-ci il 31 iyul tarixindən qüvvəyə minir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG