Accessibility links

AŞPA həmməruzəçisi Bakıya gəlib

Stefan Şennak
Stefan Şennak

Görüşlәrin mәqsәdi Azərbaycanın qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini öyrәnmәkdir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya gəlib.

Avropa Şurasının Bakı Ofisindәn bildirilib ki, səfər çərçivəsində Şennak rəsmi şəxslərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlәrin mәqsәdi Azərbaycanın qurum qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini öyrәnmәkdir.

Həmməruzəçilərin missiyası Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icrasının, həmçinin demokratik institutların fəaliyyətinin monitorinqindən ibarətdir.

Onlar mövcud problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələrə və nəticələrə dair hesabatları vaxtaşırı assambleyaya təqdim edirlər.

This item is part of
XS
SM
MD
LG