Accessibility links

Böyük Britaniya bu ölkədəki rusiyalı milyonçuların aktivlərini dondura bilər


Böyük Britaniyanın cinayətkarlıqla Milli mübarizə agentliyi ölkədəki rusiyalılara qarşı istintaqın əhatəsini genişləndirir və onların aktivləri dondurila bilər.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyunun 3-də “Britaniyanın “Sunday Times” qəzetinə istinadla məlumat verir.

Mənbənin yazdığına görə, söhbət Rusiya prezidenti Vladimir Putinlə bağlı olan oliqarxlar, milyonçulardan gedir və bura 130 adam daxildir.

“Sunday Times” bu barədə agentliyin iqtisadi pozuntular və kibercinayətlər üzrə şöbə rəisi Donald Tun-a istinadla yazır.

Onun komandası hazırda 120-dən 140-dək mənbəyi göstərilməyən vəsaitin dondurulması üzərində işləyir.

Tun bildirib ki, onun təşkilatının fəaliyyəti hazırda korrupsiyalaşımış elita və onların qanunsuz sərvətləri ilə mübarizəyə yönəlib.

Solsböri şəhərində Sergey Skripal və onun qızının zəhərləndirildiyi yerdə tibbi ekspertiza aparılır.
Solsböri şəhərində Sergey Skripal və onun qızının zəhərləndirildiyi yerdə tibbi ekspertiza aparılır.

Qəzet hökumətdəki mənbəə istinadla yazır ki, cinayətkarlıqla milli mübarizə agentliyinin nəzər dairəsinə düşənlər Rusiya vətəndaşları və ya Rusiya ilə bağlı şəxslərdir.

Böyük Britaniyada qəbul edilən yeni qanuna görə bu ölkəyə 50 min funt sterlinqdən artıq sərmayyə qoyanlar onun mənbəyini göstərmlədirlər.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.

London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır.
Moskva ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələri insidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva da həmin ölkələrə qarşı eyni addım atıb.

AzadlıqRadiosu

XS
SM
MD
LG