Accessibility links

Britaniya məhkəməsi ABŞ-ın Assanjın ekstradisiya tələbini rədd edən qərarı ləğv edib


Britaniyanın apellyasiya məhkəməsi WikiLeaks-in yaradıcısı Culian Assanjın psixi sağlamlığı ilə bağlı qərarını ləğv edib. Ləğv edilən qərarda göstərilirdi ki, onun psixi sağlamlığı Amerikanın cinayət ədaləti sisteminə tab gətirə bilməyəcək qədər kövrəkdir. Apellyasiya məhkəməsinin qərarı Assanjın ABŞ-a ekstradisiyasına qapı açır.

Məhkəmənin cümə günü çıxardığı qərardan apellyasiya şikayəti verilə bilər.

Bu ilin əvvəlində aşağı instansiya məhkəməsinin hakimi Amerikanın Assanjın WikiLeaks-in on il əvvəl gizli hərbi sənədləri dərc etdiyinə görə casusluq ittihamı ilə üzləşməsi üçün ABŞ-a ekstradisiya edilməsi tələbini rədd etmişdi.

Hakim Vanessa Baraitser Assanjın səhhətinə görə ekstradisiyanı rədd edərək onun ABŞ-ın ağır həbsxana şəraitində saxlanacağı təqdirdə özünü öldürə biləcəyini bildirmişdi.

Birləşmiş Ştatlar Assanjın psixi sağlamlığının onu ABŞ-ın məhkəmə sisteminə tab gətirə bilməyəcək qədər həssas olması ilə bağlı qərara etiraz edərək apellyasiya şikayəti vermişdi. Vəkil Ceyms Lyuis bildirib ki, Assanjın “ciddi və davamlı ruhi xəstəlik tarixçəsi yoxdur” və o özünə zərər vermək həddinə çatacaq qədər xəstə deyil.

ABŞ rəsmiləri Britaniya hakimlərinə bildiriblər ki, Assanjın ekstradisiyasına razılıq versələr, o, ABŞ həbsxanasında aldığı istənilən cəzanı vətəni Avstraliyada çəkə bilər.

ABŞ prokurorları Assanja qarşı 17 casusluq və bir kompüterdən sui-istifadə ittihamı, eləcə də WikiLeaks tərəfindən sızdırılmış minlərlə hərbi və diplomatik sənədlərin dərc etmək ittihamı irəli sürüb.

İttihamlar ona 175 il həbs cəzası verilməsini ​nəzərdə tutur, baxmayaraq ki, Lyuis "bu cinayətə görə indiyə qədər verilən ən uzun cəzanın 63 ay" olduğunu deyib.

50 yaşlı Assanj hazırda Londonun Belmarş həbsxanasında saxlanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreyanın impiç edilmiş prezidenti nəzarət altına alınıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG