Accessibility links

Böyük Britaniyada COVİD-19-dan ön cəbhədə ölənlərin xatirəsi anılıb


Rəsmi rəqəmlər İngiltərə və Velsdə ölənlərin sayının son bir həftədə hələ də yüksək olduğunu göstərdiyi bir vaxt, Böyük Britaniyada koronavirusdan ölən ön cəbhə işçilərinın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Baş nazir Boris Conson da daxil olmaqla, yüksək səviyyəli siyasi liderlər səhər saat 11-də keçirilən anma mərasimində xəstəxana və qocalar evlərinin işçilərinə qatılıb. Vestminster Abbatlığı başqalarının yolunda həyatlarını itirən səhiyyə işçilərinin xatirəsini anıb. London metrosu və avtobus şəbəkəsi fəaliyyətini dayandırıb.

Bazar ertəsi səhiyyə nazırı Matt Henkok Milli Səhiyyə Xidmətinin 82 işçisinin və 16 sosial xidmət işçisinin öldüyünü bildirib. Londonda avtobus sürücüsü də daxil olmaqla, COVID-19-a yoluxmuş digər sahələrin işçilərinin də öldüyü bildirilib.

Bir dəqiqəlik sükutla anım mərasimi Unison Birliyi, Mamalar Kral Kolleci və Tibb Bacısı Kolleci tərəfindən keçirilib.

Kral Tibb Bacıları Kollecinin icraçı direktoru və baş katibi Donna Kineyr ölənlərin xatirələrinin anılmasının vacib olduğunu deyib və ön cəbhədə çalışan bütün işçilərinin özlərini maksimum qorumağa çağırıb. Hökumət şəxsi qoruyucu vasitələrin kifayət qədər olmamasına görə tənqid edilib.

"İndi daha böyük bir vəzifəmiz var - bundan sonra ölənlərin faciəli sayının artmasına yol verməmək" - deyə, Donna Kineyr bildirib.

COVID-19-dan müalicə olunduqdan sonra bazar ertəsi işə dönən Conson Twitter səhifəsində "ölkəmiz sizi unutmayacaq" yazıb.

Conson karantin məhdudiyyətlərini çox qısa müddətdə yüngülləşdirərək, ölkəni virusun ikinci zərbəsinə məruz qoymayacağını deyib. O, ölkənin bu böhranın ilk mərhələsindən çıxsa da, maksimum risk qarşısında olduğunu deyib.

Milli Statistika İdarəsi çərşənbə axşamı günü İngiltərə və Uelsdə 17 aprel bitən həftə ölənlərin ümumi sayının 22.351 olduğunu bildirib.

XS
SM
MD
LG