Accessibility links

Böyük İyirmilik ölkələri Əfqanıstanda yarana biləcək fəlakətin qarşısını almaq üçün milyardlarla dollar yardım vəd edir


Əfqanıstanda qış sürətlə yaxınlaşır və temperatur aşağı düşür. Bu səbəbdən yardım agentlikləri milyonlarla insanın təcili köməyə ehtiyacı olduğunu bildirir.

UNICEF-in Əfqanıstandakı nümayəndəsi Salam Əl-Cənabi məsələ ilə əlaqədar həyacan təbili çalır: "Təxminən 3 milyon uşağın kəskin ərzaq çatışmazlığından əziyyət çəkəcəyini proqnozlaşdırırıq - bunlardan bir milyondan çox uşaq isə sözün əsl mənasında kəskin ərzaq qıtlığı səbəbi ilə həyatları üçün mübarizə apardığı bir vaxt müalicəyə ehtiyac duyacaq”.

Birləşmiş Millətlər Təşkilatı Əfqanıstanın iqtisadiyyatını xilas etmək və fəlakətin qarşısını almaq üçün milyardlarla dollara ehtiyac olduğunu bildirir. Böyük İyirmilik (G-20) ölkələri böhranı müzakirə etmək üçün çərşənbə axşamı təcili virtual toplantı keçirib.

Böyük İyirmilik öləkələrinin toplantısına ev sahibliyi edən İtaliyanın baş naziri Mario Draqi bildirib ki, "Liderlər ilk dəfə olaraq Əfqanıstan böhranı ilə mübarizə üçün çoxtərəfli reaksiya verib. Əfqanıstanın bir növ beynəlxalq terrorçular üçün sığınacaq yeri olmasına icazə verilməməsi barədə razılağa gəlinib".

Avropa İttifaqı Əfqanıstan və qonşuları üçün 1,2 milyard dollar yardım vəd edir. Yardım orada fəaliyyət göstərən beynəlxalq təşkilatlar vasitəsi ilə çatdırılacaq. Artıq Birləşmiş Ştatlar bu il 330 milyon dollar yadımın göndərləcəyinı söz verib. Prezident Co Bayden G-20 toplantısında bildirib ki, pullar Talibana verilməməlidir.

Almaniya kansleri isə qadın və qızların əsas hüquqlarını inkar edildiyi müddətcə militant qrupunun tanınmasının mümkün olmadığını bildirib: "Mən bunu çox açıq şəkildə bildirirəm: Taliban əhatəli bir hökümət deyil. Bu səbəbdən də Talibanın tanınması məsələsi gündəm mövzusu deyil. Buna baxmayaraq indi baş verənlər fonunda danışıqlar artırılmalıdır".

Taliban isə çərşənbə axşamı bildirib ki, beynəlxalq ictimaiyyət münasibətləri normallaşdırmalıdır.

Əfqanıstan Xarici İşlər Nazirinin nümayəndəsiƏmir Xan Muttaqi isə iddia edir ki, "Bütün növ güc və təzyiq vasitələrindən istifadə edildi, amma heç bir nəticə vermədi. İndi danışıqlar və razılaşma variantlarından istifadə etməliyik".

Sadə əfqanlar üçün isə həyat getdikcə çətinləşir. Ölkədə nağd pul çatışmazlığı var. Bizneslərin bir çoxu bağlandığı üçün işsizliyin sayı artıb. Maaşlar isə ödənilmir. İllərdir davam edən münaqişə və şiddətli quraqlığın nəticəsi olaraq əsas ehtiyac məhsullarının qiyməti kəskin artıb.

UNICEF-in Əfqanıstandakı nümayəndəsi Salam Əl-Cənabi yardımın siyasiləşməməsinə çağırır: “İndi ağır və kəskin ərzaq çatışmazlığı yaşayan uşaqların bir çoxu üçün bu bir ölüm-dirim məsələsidir. Beləliklə beynəlxalq ictimaiyyət və UNICEF-dən gözləntimiz odur ki, ailələrə göndərilən humanitar yardımlar, uşaqlar və analar siyasiləşməsin, bu problem ilk növbədə həll olunmalıdır. Uşaqlara təcili humanitar yardımlar çatdırıldıqdan sonra daha böyük sistemlərin dəyişdirilməsi və necə işləyəcəyini müəyyənləşdirmək olar".

Taliban və Qərb ölkələri rəsmiləri Qətərdə Əfqanıstana yardım edilməsi və qaçqınların ölkədən çıxışına imkan yaradılmasına dair danışıqlar aparır. Eyni zamanda G-20 liderləri bu ayın sonunda Romada zirvə görüşü keçirmək üçün yenidən bir ayara gələcək.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG