Accessibility links

Böyük Yeddilərin növbəti sammiti Trampın mülkündə keçiriləcək


"Trump National Doral" Doral, Florida, 2 iyun, 2017. Ağ Ev elan edib ki, Prezident Donald Trampa məxsus Mayamidəki qolf kurortu Böyük Yeddilərin sammitinin məkanı olacaq.
"Trump National Doral" Doral, Florida, 2 iyun, 2017. Ağ Ev elan edib ki, Prezident Donald Trampa məxsus Mayamidəki qolf kurortu Böyük Yeddilərin sammitinin məkanı olacaq.

Böyük Yeddilər qrupunun gələn il zirvə toplantısı ABŞ Prezidenti Donald Trampın cənubi Florida ştatındakı mülklərindən birində keçiriləcək.

Ağ Ev aparatının rəhbəri vəzifəsini icra edən Mik Malveyni elan ediləndən sonra dərhal tənqidlərlə qarşılaşan bu seçimi müdafiə edib.

Tənqidçilər yüksək səviyyədə görüşün Trampın onun malik olduğu istirahət mərkəzlərindən birində keçirilməsindən birbaşa faydalanacağını bildirir.

Tramp prezidentliyinin başlıca günahı ictimai ofisi özəl qazanc və kampaniya fəaliyyətinin alətinə çevirməsidir.
Ceymi Baskin, Demokrat Konqresmen

Onların rəyincə, Prezidentin xarici dövlətlərdən maliyyə baxımdan bəhrələnməsi Konstitutsiyanın "hədiyyələr" barədə müddəasına ziddir və maraq konflikti təşkil edir.

Müxalif Demokrat Partiyasının bəzi üzvləri yüksək səviyyədə zirvə görüşünün keçirilməsi üçün Trampa məxsus mülklərdən birinin seçilməsinin prezidentin korrupsiyalaşmasının "ən abırsız" nümunələrindən biri olduğunu bildirib.

320 hektar sahəsi olan mülk Mayami şəhəri ərazisində yerləşir.

2015-17-ci illər arasında kurortun gəlirləri 69% azalıb. Bu azalma Trampın prezident olaraq siyasi fəaliyyəti ilə əlaqələndirilir.

G-7 sammitinə yüzlərlə diplomatın, jurnalistin və təhlükəsizlik personelinin qatılacağı gözlənilir. İlin həmin vaxtı Mayamidə qızmar temperatur üzündən adətən otelin yalnız 40 faizi bronlanmış olur.

Ağ Ev apparatının sədri funksiyasını yerinə yetirən Mik Malveyni
Ağ Ev apparatının sədri funksiyasını yerinə yetirən Mik Malveyni

Trampın xarici hökumətlərlə biznes münasibətlərini araşdıran 200 Demokrat konqresmendən biri olan Peter Fazio (D- Oreqon) deyib ki, prezident "öz səlahiyyətlərindən sui istifadə edərək ölkənin maraqları əvəzinə özü, ailəsi və tərəfdaşlarına qazanc gətirir."

Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin üzvü olan Ceymi Baskin (D-Merilend) də Ağ Evin qərarını pisləyib.

"Tramp prezidentliyinin başlıca günahı ictimai ofisi özəl qazanc və kampaniya fəaliyyətinin alətinə çevriməsidir," deyə Demokrat konqresmen bu addımı ABŞ hökumətinə, Konstitutsiyaya və Amerika xalqına xəyanət kimi qiymətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG