Accessibility links

Böyük Yeddilərin zirvə görüşü dünyanı "yenidən daha yaxşı qurmaq" mesajı ilə başlayıb


Böyük Yeddilik ölkələri liderləri saamitdən əvvəl qrup fotosu çəkdirir. Carbis bay Oteli, 11 iyun 2021-ci il
Böyük Yeddilik ölkələri liderləri saamitdən əvvəl qrup fotosu çəkdirir. Carbis bay Oteli, 11 iyun 2021-ci il

Böyük Yeddilər (G-7) liderilərinin zirvə görüşü cümə günü pandemiyaya qarşı qlobal mübarizəyə rəhbərlik etmək, daha yaşıl, daha firavan və ədalətli bir gələcəyə doğru dünyanı "yenidən daha yaxşı qurmaq" mesajı ilə başlayıb.

Kornuol şəhərində keçirilən görüşə Böyük Britaniya ev sahibliyi edir. Görüşdə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri, eləcə də Avropa Birliyindən nümayəndələri, Avstraliya, Cənubi Afrika və Cənubi Koreya rəhbərləri də iştirak edir. Hindistanın baş naziri isə sammitə video zəng vasitəsi ilə qoşulacaq.

"Bu, həqiqətən reallaşması lazım olan bir görüşdür" deyə, bu ilki sammitin ev sahibi olan Britaniyanın Baş Naziri Boris Conson liderlərin plenar iclasının açılışında bildirib. O həmçinin əlavə edib ki, "Pandemiyadan dərs çıxardığımızdan, son təxminən 18 ay ərzində etdiyimiz bəzi səhvləri yenidən təkrarlamamağımızdan əmin olmalıyıq".

Conson G-7 zirvəsinin dünyanın "yenidən daha yaxşı, daha yaşıl, daha ədalətli, daha bərabər, daha çox gender neytral və bəlkə də daha feminin bir şəkildə yenidən qurulması"-nı istədiyini deyib.

Böyük Yeddilərin əvvəlki görüşləri dəbdəbəli ziyafətlər, böyük nümayəndə heyətləri və mediadan qonaqlarla keçirildiyi halda, bu ilki zirvə görüşü ciddi məhdudiyyətlər altında baş tutub. Maskalar, gündəlik COVID-19 testləri və digər sağlamlıq protokolları koronavirus böhranının hələ də davam etdiyinə işarə edir.

"Dünya, G-7dən pandemiyanı məğlub etmək və qlobal bir dirçəlişə rəhbərlik etmək üçün ortaq dəyərlərimiz və diplomatik gücümüzdən istifadə etməyimizi gözləyəcək"- deyə, Conson bildirib.

Pandemiya səbəbindən keçən ilki zirvə görüşü təxirə salınmışdı. Sonuncu dəfə liderlər 2018-ci ildə Fransada toplanmışdı.

Böyük Yeddilərin pandemiya planları

Britaniyanın Baş naziri Boris Conson cümə günü görüşdən əvvəl sammit zamanı aşağı və orta gəlirli ölkələrə bir milyard doza COVID-19 peyvəndi ianə etmək planını elan edəcəyini bildirib.

Conson bu açıqlamanı cümə axşamı ABŞ prezidenti Co Baydenin G-7 sammitindən əvvəl administrasiyasının 500 milyon doza Pfizer peyvəndi ianə edəcəyini bildirəndən sonra edib.

"Biz qlobal tərəfdaşlarımızla birgə dünyanı bu pandemiyadan qurtarmağa kömək edəcəyik" deyə Bayden bildirib. Britaniya 100 milyon doza ianə edəcək.

Bayden bu dəfəki G-7 tolantısında Donald Tramp administrasiyasından sonra ABŞ-ın daha güclü və etibarlı bir müttəfiq kimi geri döndüyünü göstərmək niyyətindədir.

"Woodrow Wilson" Mərkəzinin Qlobal Avropa Proqramının direktoru Dan Hamilton deyir ki,"Prezident Bayden ABŞ-ın yenidən Avropaya döndüyünü göstərmək istəyir".

"Təhlükəsizliyi gücləndirmək, iqtisadi bərpanı artırmaq və dünyanı xəstəlikdən sağamlığa yönəltmək, bütün bunlar açıq-aydın üstünlük verilən prioritelərtdir" deyə Hamilton əlavə edib.

Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Co Bayden, Avropa Komissiyası Başçısı Ursula von der Leyen və İtaliyanın Baş naziri Mario Draghi, 11 iyun 2021, G7 zirvəsi, Britaniya
Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Co Bayden, Avropa Komissiyası Başçısı Ursula von der Leyen və İtaliyanın Baş naziri Mario Draghi, 11 iyun 2021, G7 zirvəsi, Britaniya

G-7 ölkələri təhlükəsizlik və ticarət əməkdaşlığı mövzusunda oxşar fikirlərə sahib olan yaxın müttəfiqlər eləcə də, əsas ticarət tərəfdaşlarıdır. Bu kollektiv ölkələri dünya iqtisadiyyatının təxminən yarısını təşkil edir.

Zirvə görüşü bazar günü sona çatacaq. Lakin Prezident Bayden və xanımı Cill Bayden səfərlərinə davam edərək Avropa Birliyi və NATO Sammitilərində iştirak edəcək. Eləcə də çərşənbə günü Prezident Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında ilk üz-üzə görüş planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG