Accessibility links

Böyük Yeddilik neft tankerinə hücumu pisləyib


6 avqust tarixində Böyük Yeddilərdən ibarət qrup birlikdə bəyənat yayaraq ötən həftə Ərəbistan dənizində neft tankerinə hücumu qınayıb. Qrup bütün sübutların hadisənin arxsasında İranın durduğunu göstərdiyini bildirib.

İyulun 29-da Mercer Street tankerinə qarşı hücumda bir Britaniya və bir Rumıniyalı ekipaj üzvü öldürülüb. Bu, üç il əvvəl dünya dövlətləri ilə İran arasında bağlanmış nüvə razılaşmasının pozulmasından sonra bölgədəki gərginlik fonunda ticarət gəmilərinə edilən ilk ölümcül hücumdur.

Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, "Ticarət gəmisinə edilən qanunsuz hücumu qınayırıq".

"Bu, qəsdən və məqsədli şəkildə həyata keçiirlən hücumdur və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bütün mövcud dəlillər açıq şəkildə İrana işarə edir. Bu hücumu əsaslandıracaq heç bir dəlil yoxdur".

Gəmi israilli milyarderə məxsus bir şirkət tərəfindən idarə olunur.

Rəsmi Tehran hücumdakı hər hansı bir rolunu inkar edir.

Yeddilər qrupu bəyənatında bildirir ki, "İranı BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən bütün fəaliyyətləri dayandırmağa və bütün tərəfləri regional sabitliyin, eləcə də sülhün möhkəmləndirilməsində konstruktiv rol oynamağa çağırırıq".

Nazirlər bölgədəki gəmilərin "beynəlxalq hüquqa uyğun olaraq sərbəst hərəkət edə bilmələri"-nə çağırıb.

Fars körfəzində gərginlik ABŞ-ın 2018-ci ildə İrana qarşı sanksiyalarının bərpasından sonra artıb.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG