Accessibility links

Büdcə ilə bağlı razılıqda Trampa divar üçün tələb etdiyi pulun yalnız bir hissəsinin veriləcəyi gözlənilir


Donald Tramp
Donald Tramp

Konqres nümayəndələri sərhəd təhlükəsizliyi ilə bağlı razılıq əldə etməyə çalışır. Ağ Evin isə prezident Donald Trampa ölkənin cənub sərhədində divarın inşası üçün tələb etdiyi pulun bir hissəsini verəcək ikitərəfli razılığı qəbul etməyə hazırlaşdığına dair işarələr var.

Danışıq iştirakçıları deyib ki, onlar Tramp və onun mühafizəkar tərəfdarları üçün ikonik əhəmiyyət daşıyan fiziki baryer üçün ayrılcacaq pulun Trampın tikinti işlərinin başlaması üçün tələb etdiyi 5.7 milyard dollarlıq ilkin ödənişdən çox az olacağını gözləyir. Onlar bu rəqəmin ötən il Senatda hər iki partiya tərəfindən irəli sürülən qanun layihəsində qeyd olunan 1.6 milyard dollara yaxın olacağını təxmin edir.

Bu razılıq həmçinin gələn həftə sonu hökümətin yenidən qismən bağlanmasının qarşısını alacaq. Tramp xəbərdarlıq edib ki, əgər o, istədiyini əldə etməsə, dövlət idarələrinin yenidən bağlanmasına gətirib çıxara bilər. Lakin 35 günlük “şatdaun”dan yorulan respublikaçı qanunvericilər buna qarşı çıxır.

Meksika ilə ABŞ arasında sərhəd divarı
Meksika ilə ABŞ arasında sərhəd divarı

Ağ Evin bir müşaviri deyib ki, Trampın əldə olunan hər hansı kompromisi dəstəkləyəcəyi gözlənilir. O həmçinin Konqresdəki respublikaçıların hökümətin yenidən bağlanmasının istəmədiklərini söyləyib. Müşavir daxili məsələləri müzakirə edə bilmək üçün adının açıqlanmamasını istəyib.

Belə görünür, demokratlar büdcə ilə bağlı sərt mövqedən çıxış edir.

"Demokratlar danışıqlar boyu sərhəd təhlükəsizliyi ilə bağlı kompromisin fiziki baryerlərə əsaslanmadığını təkid edib" – deyə, Nümayəndələr Palatasının Vəsait Ayırma Komitəsinə nəzarət edən Demokrat partiyasının sözçüsü Evan Hollander bildirib. “ Biz baryerlər üçün 2 milyard dolların ayrılmasına razılaşmayacağıq”, o deyib.

Trampın tərəfdarları isə deyir ki, Trampın büdcədən divarın inşasına pul yönəltməsinə imkan yaradacaq başqa səlahiyyətləri var. Lakin belə bir halda onun bu addımları ilə bağlı Konqres və ya məhkəmədə istintaqların başladılıb-başladılmayacağı da bəlli deyil.

Danışıqlarda puldan əlavə baryerlərin yeri və növü də müzakirə olunub. Bundan əlavə federal İmmiqrasiya və Gömrük İdarəsinin həbs edilən miqrantlar üçün nə qədər yataq ayıracağı habelə təbbi fəlakətlər üçün də nə qədər pulun ayrılacağı müzakirə olunub.

Müzakirələrə həmçinin yüksək-texnologiyalı nəzarət avadanlıqları və daha çox işçi üçün əlavə pulun ayrılmasının daxil olacağı gözlənilir.

Mən bunun prezidentin dəstəkləyəcəyi razılıq olacağına dair nikbin deyiləm.
Mark Medous

Nümayəndələr Palatasının ultra-sağçı Azadlıq Kokusuna başçılıq edən respublikaçı nümayəndə Mark Medous cümə axşamı Trampla danışdığını və Trampın “gözləyib görəcəyik”ab-havasında olduğunu deyib. Medous razılıq nəticəsində divarın inşası üçün 1.6 milyard dollar ayrılacağının düşündüyünü söyləyib.

“Mən bunun prezidentin dəstəkləyəcəyi razılıq olacağına dair nikbin deyiləm”, Medous söyləyib.

Nümayəndələr Palatasının müzakifər respublikaçı müşaviri deyib ki, Azadlıq Kokusunun üzvləri baryerlər üçün azı 2 milyard dollar və yeni inşaatla, torpaq alışı və ya tikilə biləcək yeni növ baryerlərlə bağlı heç bir məhdudiyyətin tətbiq olunmamasını istəyir.

O həmçinin deyib ki, razılığa “divar” sözü daxil edilməməlidir. Yardımçı özəl danışıqlarla bağlı məlumat verə bilmək üçün adının anonim qalmasını istəyib.

Əgər hər iki partiyanın dəstəklədiyi razılıq əldə olunsa, bu razılığı mühafizəkar respubikaçılar və ya liberal demokratların çoxu olmadan da qəbul etmək mümkün olacaq.

XS
SM
MD
LG