Accessibility links

Apreldə bütöv Ay ən böyük və ən parlaq olacaq


Dünya boyu səhiyyə böhranı zamanı evlərində oturan insanlar çox maraqlı bir hadisəni müşahidə edəcək. Onlar bu həftə bu il ikinci dəfə bütöv Ayın ən möhtəşəm formada çıxmasını səbirsizliklə gözləyir.

Super çəhrayı Ay kimi tanınan bir fenomen bu həftə ərzində bir-iki gecə görünəcək. Çərşənbə axşamı Ay ən böyük və parlaq olacaq, lakin çərşənbə günü də onun görünüşü diqqət çəkəcək.

Evdən kənara çıxa bilməyən insanlar bütöv Ayı izləmək üçün həyətlərinə çıxaraq və ya pəncərələrindən baxa biləcək.

Bütöv Ay ayda təxminən bir dəfə görünür. Ay öz orbitində Yerə ən yaxın olduqda, adi haldan daha böyük və parlaq göründüyü üçün bütöv Ay adlanır.

Bütöv Ay normal halından 14 faiz daha böyük və 30 faiz daha parlaq görünə bilər.

Adətən bütöv Ay ildə 12 dəfə görünür, lakin bu il bu say 13 olacaq. Bunlardan üçü Super Ay adlanır ki, bu hadisələrdən biri artıq martın 9-da baş verib, digəri aprelin 7-də, üçüncüsü isə mayın 7-də olacaq.

Aprel ayında çıxan bütöv Ay ABŞ-da `Çəhrayı Super Ay` adanır. Vaxtilə yerli amerikalılar Aya bu adı çəhrayi çiçəklərin açdığı dövrdə çıxdığı üçün verib. Apreldə çıxacaq bütöv Ay bu ilin ən möhtəşəm görüntüsü olacaq, çünki Ay bütöv olduğu dövründə Yer kürəsinə də çox yaxın olacaq.

2020-ci ildə nadir mavi Ay hadisəsi də baş verəcək. Mavi ay bütöv Ayla eyni ayda olur və yalnız hər iki il yarım və ya üç ildə bir çlxlr. İngilis dilində danışanlar nadir hallarda baş verən bir şeyə istinad edərək, "bir dəfə mavi ayda" ifadəsi ilə tanışdırlar. Bu ilin mavi Ayı iyirmi ildə ilk dəfə olaraq, Hallovində - oktyabrın 31-də çıxacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG