Accessibility links

"Bütün gücümüzlə Abbas Lisaniyə dəstək aksiyasını davam etdirməliyik"


"Bütün gücümüzlə Abbas Lisaniyə dəstək aksiyasını davam etdirməliyik"
please wait

No media source currently available

0:00 0:06:18 0:00

"Bütün gücümüzlə Abbas Lisaniyə dəstək aksiyasını davam etdirməliyik"

Yaşar Əsədinin sözlərinə görə, Abbas Lisaninin durumu həqiqətən də əvvəlki vəziyyətlərdən təmamilə fərqlidir. Buna görə də həm Güney Azərbaycanın daxilində, həm də xaricdə Abbas Lisaniyə dəstək aksiyasının aparılması və daha çox insanın qoşulması çox vacibdir.

"Artıq bir neçə gündür Güney Azərbaycanın milli fəalları "Mən Abbas Lisaniyə" adlı etiraz kampaniyası başladıblar. Son bir neçə gündə Güney Azərbaycanın bütün sosial şəbəkələrində, o cümlədən Güney Azərbaycanın milli televiziyası olan GünAz Tv-də də bu kampaniya geniş şəkildə yayımlanıb. Quzey Azərbaycanda da Müsavat partiyası və digər siyasi-ictimai şəxslər tərəfindən bu kampaniya genişləndirildi. Ancaq bu kampaniyalardan daha çox olmalıdır. Çünki, Abbas Lisaninin durumu həqiqətən də əvvəlki vəziyyətlərdən təmamilə fərqlidir. Bundan öncəki aclıq aksiyalarına görə onda qaraciyər xəstəliyi yaranıb. Buna görə də həm Güney Azərbaycanın daxilində, həm də xaricdə Abbas Lisaniyə dəstək aksiyasının aparılması və daha çox insanın qoşulması çox vacibdir."

Güney Azərbaycanlı fəallar Abbas Lisaniyə dəstək nümayiş etdirirlər
please wait

No media source currently available

0:00 0:01:28 0:00

Güneyli milli fəal əlavə edib ki, son 40 ildə İranın dünyadan təcrid olmasına baxmayaraq o, bu cür sosial kampaniyaların real nəticələri ola bilər.

"İran hakimiyyəti son 40 ildə öz mahiyyətini göstərdi. İran öz qulaqlarını tutmuş, dünyaya göz yummuş, ətrafı görməzdən gələn diktatura hakimiyyətidir. Ancaq ona inanıram ki, əgər cəmiyyət, əgər xalqımız həm içəridə, həm də dışarıda bu məsələni geniş şəkildə göstərsə, BMT-yə baş vurmaqlarla, bütün ölkələrdəki İran səfirliyinin önündə etiraz aksiyaları keçirməklə nəticə əldə oluna bilər. Çünki, istənilən hakimiyyət, hətta diktatura olsa belə millətin iradəsinin qabağında diz çökməyə, ya da yıxılmağa məcburdur."

Hətta diktatura belə millətin iradəsinin qabağında diz çökməyə, yıxılmağa məcburdur.

Abbas Lisani İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib.

O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. O, yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG