Accessibility links

Bəşir Süleymanlı: Bələdiyyə seçkilərinin mesajları neqativdir


Bəşir Süleymanlı: Bələdiyyə seçkilərinin mesajları neqativdir
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Bəşir Süleymanlı: Bələdiyyə seçkilərinin mesajları neqativdir

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində ölkədə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrindən danışıb.

Amerikanın Səsi: Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilər beynəlxalq standartlara nə qədər uyğun olub? Nəticələrini necə xarakterizə edərdiniz?

Bəşir Süleymanlı: Təəssüflər olsun ki, bu bələdiyyə seçkiləri də əvvəlki seçkilər kimi çoxlu sayda qanun pozuntularının müşayiəti ilə keçirilmişdir. Nəinki beynəlxalq standarta, heç yerli qanunvericiliyin normalarına uyğun da keçirilmədi. Yəni, biz çoxlu sayda toplu bülletenlərin qutuya atılmasını, bir şəxsin bir neçə dəfə səsvermədə iştirak etməsinin və bunun kimi digər qanun pozuntularının şahidi olduq. Bu seçkilər əvvəlki seçkilərdən yalnız saxtakarlığın bir növü ilə fərqləndi. Bu seçkidə ilk dəfə olaraq valedeynlərin seçki prosesində kütləvi şəkildə karusel əməliyyatında iştirakı təmin edilmişdir. Bu da təəssüfləndirici haldır.

Amerikanın Səsi: Səsvermə prosesində xarakterik qanun pozuntuları kimi nələr sadalanır? Bu seçkilər əvvəlki seçkilərdən nə ilə fərqlənir?

Digər pozuntular da yenə qutuya saxta bülletenlərin atılması və ən asası da seçkilərin nəticələrinin düzgün tərtib edilməməsi, protokolların saxta rəqəm əsasında qurulmasından ibarət olub.


Bəşir Süleymanlı: Saxtakarlıq növlərinə görə heç nə ilə fərqlənməyib. Eyni halda pozuntular, saxtakarlıq halları baş verib. Spesifik göstəricilər qeyd elədiyim kimi, valedeynlərin kütləvi şəkildə məktəb müəllimləri tərəfindən zor və ya xoş şəkildə məkətəblərə cəlb olunmaqla onların seçki prosesində qanunsuz iştirakı təmin olundu. Yəni qeydiyyatda olmadıqları halda, başqa rayonlarda qeydiyyatda olduqları halda onlar övladlarının oxuduğu məktəbin ərazisindəki seçki məntəqəsinə cəlb olunub. Orada səsvermə prosesinə iştirakçılığı təmin edildi. Bu ciddi qanun pozuntularıdır. Bu seçkilərdə xarakterik olan qanun pozuntularından ən başlıcası budur. Digər pozuntular da yenə qutuya saxta bülletenlərin atılması və ən asası da seçkilərin nəticələrinin düzgün tərtib edilməməsi, protokolların saxta rəqəm əsasında qurulmasından ibarət olub.

Amerikanın Səsi: Bələdiyyə seçkiləri 2020-ci ilin fevralında keçiriləcək növbədənkənar parlament seçkiləri üçün hansı mesajlar verib?

Hələlik görünən mesajlar neqativdir.


Bəşir Süleymanlı: Təəssüflər olsun ki, hələlik görünən mesajlar neqativdir. Bu, parlament seçkilərində həvəsi olan tərəfləri, müstəqil şəxsləri, vətəndaş cəmiyyəti nümayəndələrini, siyasi partiyaları iştirakda həvəssiz hala sala bilər. Çünki bələdiyyə seçkilərində gözlənilirdi ki, müəyyən addımlar atılsın . Bu da parlament seçkilərində insanların iştirakçılığını artırsın .Bu, baş vermədi. Bunun niyə belə olduğunu anlamıram. Çünki parlament seçkilərinə mesajlar verilirdi ki, bəlkə hansısa proses baş verə bilər. Yumşalma ola bilər. Seçki komissiyaları saxtakarlığa getməzlər.Təəssüflər olsun ki, bu, baş vermədi. Mən gözləyirəm. Hələ ümidimü itirməmişəm ki, bu pozuntularla bağlı müvafiq addımlar atılacaq. Seçkilərin nəticələri hansı ki, saxtalaşdırılıbdır, o seçki dairələri, seçki məntəqələri ləğv ediləcək . Bu müsbət mesajlar verə bilər ki, parlament seçkilərində insanlar iştirak etsin.

Şərhlərə bax

XS
SM
MD
LG