Accessibility links

Ömər Əl-Bəşir Beynəlxalq Cinayət Məhkəməsinə təhvil veriləcək


Sudanın hakimiyyətdəki şurası keçmiş prezident Ömər Əl-Bəşirin Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsinə razılıq verib. Hökumət bunun Darfur bölgəsində ədalətin bərpası və sülhün qorunması səylərinin bir hissəsi olduğunu deyib. Sudanın Suveren Şurası Darfurdakı üsyançı qruplarla Darfurda sülhün təmin edilməsi üçün dörd mexanizm üzərində razılığa gəldiyini bildirib.

Keçmiş prezident Ömər Əl-Bəşir və onun üç yüksək səviyyəli köməkçinin Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verilməsi şərtlərdən birincisir.

Suveren Şuranın üzvü Məhəmməd Əl-Taişi çərşənbə axşamı Cənubi Sudanın paytaxtında jurnalistlərlə görüşüb.

Əl-Taişi həbs qərarı verilən hər kəsin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasına razılıq verildiyini deyib. Taişi "ağrını ədalətin özü ilə müalicə etməyincə ədalət əldə etməyin mümkün olmadığını" deyib. "O, Darfurda insanlığa qarşı və müharibə cinayətlərində, günahsız insanlara qarşı cinayətlərdə ittiham olunur" - deyə, o bildirib.

Keçən ilin aprel ayında baş verən hərbi çevrilişdən sonra Bəşir və iqtidarda olan keçmiş digər rəsmilər həbsxanada saxlanır.

Sudan məhkəməsi Bəşirə korrupsiya ittihamı ilə 2 il həbs cəzası verib. Lakin bir çox sudanlı Bəşir və digər keçmiş yüksək vəzifəli rəsmilərin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsini tələb edib.

Haaqa məhkəməsi Bəşirə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə zamanı hökumətin Darfur bölgəsindəki əməllərinə görə ittihamlar irəli sürüb.

Bəşir tərəfdarı qüvvələrin 2003-cü ildə Darfurda başlayan üsyana qarşı bütün etnik qrupları məhv etməyə çalışdıqları iddia edilir.

XS
SM
MD
LG