Accessibility links

Bədənin içində dərman çatdıra bilən “mikroüzgüçü” robot


Bədənin içində dərman çatdıra bilən “mikroüzgüçü” robot
please wait

No media source currently available

0:00 0:01:04 0:00

Bu mikro robot mayenin içində özünü istiqamətləndirə bilir.

Ətraf mühitə müvafiq olaraq formasını və sürətini dəyişir.

O, zədələnmiş toxumaya dərmanları çatdırmaq məqsədilə bədən daxilində hərəkət etmək üçün dizayn edilib.

Robotu hazırlayan isveçrəli alimlər bakteriyalardan ilhamlandıqlarını deyirlər.

Hazırlanmasında Yaponiyanın qədim sənəti olan oriqamiyə bənzər bükülmə texnikasına uyğun olacaq kiçik yumşaq cihazlardan istifadə edilib.

Tərkibində hidrogel nanohissəciklər və magnit var.

Beləliklə, onlar maqnit sahəsi ilə idarə edilir. Bununla bərabər robot öncədən proqramlaşdırıla da bilər. Bu isə sensorların onlara nəzarət etməsi ehtiyacını aradan qaldırır.

İsveçrəli komanda hal-hazırda bədənin daha kompleks hissələrindən keçməyi bacaracaq mikrorobotlar üzərində çalışırlar.

Onlar Honq Konq Universitetində hazırlanmış cihazlara bənzər olacaq.

Yeniləri soxulcanlar kimi hərəkət edəcək.

XS
SM
MD
LG