Accessibility links

Bəhmən Xaliqinin dəfn mərasimi təhlükəsizlik qüvvələri tərəfindən tam mühasirədə keçirilib


Bəhmən Xaliqinin dəfn mərasimi

Mərhum güneyli fəal Bəhmən Xaliqinin avqustun 10-da dəfn mərasimi təhlükəsizlik qüvvələri tərəfindən tam mühasirədə keçirilib.

Bəhmən Xaliqi avqustun 9-da baş verən bir qəza nəticəsində həyatını itirib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, mərasimə nəzarət etmək üçün Binaba Təbrizdən təhlükəsizlik qüvvələrinin göndərildiyi bildirilir.

Avqustun 10-da səhər saatlarında tanınmış milli fəal Bəhmən Xaliqinin cəsədini daşıyan təcili yardım maşını Qoşaçay-Binab yolunda təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb və mərhumun qardaşı Aydın Xaliqi Kəşfiyyat Nazirliyi qüvvələri tərəfindən iki saat tutulduqdan və dindirildikdən sonra Binaba qayıdıb.

Təbriz, Urmiyə, Məlik Kəndi (Məlikan), Sayın Qala, Binab və başqa şəhərlərdən çox sayda milli hərəkat fəalı dəfn mərasimində iştirak etmək üçün Binab şəhərinə gəlsə də, mərhumun cənazəsi polis və Kəşfiyyat Nazirliyinin tam mühasirəsi altında ailəsinə təhvil verilib və təhlükəsizlik qüvvələrinin məzarlığın qapısını bağlamaqla Bəhmən Xaliqini dəfnində yalnız mərhumun yaxın ailə üzvlərinin iştirakına icazə verilib.

Ötən illər ərzində Bəhmən Xaliqi fəaliyyətlərinə görə, dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalmışdı. Mərhumun Binab şəhərindəki “İşıq Kitab Evi” mağazası 2013-cü ildə dövlət tərəfindən qapadılıb.

2019-cu ilin noyabr ayında təhlükəsizlik qüvvələri Bəhmən Xaliqinin iş yerinə hücum edərək, fəala aid kitabları, mobil telefonu və bir neçə şəxsi əşyanı müsadirə etmişdilər.

Son iki həftədə İran Azərbaycanında yol nəqliyyat hadisəsi nəticəsində iki milli fəal həyatını itirib. Avqustun 1-də tələbə fəal Əli Məhəmmədzadə Əhər-Təbriz yolunda baş verən yol qəzasında həyatını itirmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG