Accessibility links

Bəhreynin baş naziri vəfat edib


Bəhreynin baş naziri, şahzadə Xəlifə Bin Salman Əl-Xəlifə 84 yaşında vəfat edib.

Ölkənin dövlət xəbər agentliyi şahzadənin çərşənbə günü səhər ABŞ-dakı Mayo Klinikasında öldüyünü bildirsə də, müalicəsinin xarakterini və ya ölüm səbəbini açıqlamayıb.

Bayraqlar yarıya endirilən Bəhreyndə bir həftə matəm mərasimləri keçiriləcək.

Şahzadə Xəlifə baş nazir vəzifəsində 1971-ci ildən, Bəhreynin müstəqilliyini əldə etməsindən bəri çalışıb.

Hakimiyyətdə olduğu dövrdə o, Bəhreyn siyasətində dominantlıq edən bir şəxs olub və 2011-ci ildə demokratiya tərəfdarı nümayişlər zamanı etirazçılara divan tutulmasına görə tənqid və korrupsiyada ittiham edilmişdi.

Şahzadə Xəlifə bir il əvvəl Almaniya da daxil olmaqla, son illər müalicə üçün bir neçə dəfə səyahət etmişdi.

XS
SM
MD
LG