Accessibility links

Bəhreyn İrandan evakuasiya edilənlər arasında 77 yeni koronavirus halı qeyd edib


Bəhreyn İrandan təyyarə ilə evakuasiya edilən vətəndaşlar arasında 77 yeni koronavirus halının aşkar edildiyini bildirib. Körfəz dövlətinin Səhiyyə Nazirliyi çərşənbə günü bununla virusa yoluxanların sayının 189 nəfərə çatdığını və ölkənin Böyük 20-lərin Səudiyyə Ərəbistanında keçiriləcəyi iki iclasında iştirakının təxirə salındığını bildirib.

Bəhreyndə yeni yoluxma halları Səhiyyə Nazirliyi tərəfindən çərşənbə axşamı İrandan geri, ölkələrinə gətirilən ilk reysdəki 165 nəfərin arasında olub. İkinci reys cümə axşamına təyin edilib.

Hökumətin rabitə idarəsi ayrıca açıqlamasında koronavirusa yoluxanların xüsusi bir yerdə karantinə alınacaqlarını bildirib.

Bəhreynlə 8000-dən çox insanın yoluxduğu və dünyada koronavirusun ən çox təsirinə məruz qoyduğu dördüncü ölkəsi olan İran arasında birbaşa uçuşlar yoxdur. Region ölkələrinin hökümətləri virusun yayılmasının qarşısını almağa çalışdıqları vaxt hava yolları şirkətləri bölgə boyu uçuşları ləğv etməyə başlayıb.

Körfəzdəki ərəb ölkələrinin hamısında yoluxma halları qeydə alınsa da, ölən yoxdur.

Çərşənbə günü Küveyt daha 3 nəfərin virusa yoluxduğu barədə məlumar verərək, xəstələnənlərin ümumi sayının 72-yə çatdığını bildirib.

Böyük 20-lərin iqtisadiyyat qrupundan ibarət kənd təsərrüfatı və su nazirlərinin martın 17-dən 20-dək Səudiyyə Ərəbistanında keçiriləcək yığıncağı koronavirusla əlaqədar narahatlıqlara görə təxirə salınıb. Təşkilatçılar bu barədə çərşənbə günü Reuters agentliyinə elektron poçtla bildiriş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG