Accessibility links

Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib


“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirib.

Məlumata görə, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi martın 11-də Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Qəza enişinə səbəb kapitanın hava gəmisində (HG) bomba olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib," məlumatda deyilir.

Bakı vaxtı ilə saat 16-da Heydər Əliyev Beynəlxalq Aeroportunun mtəbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Amerikanın Səsinə bildirib ki, hələ təyyarədə axtarışlar davam etdirilir.

XS
SM
MD
LG