Accessibility links

Bəhruz Bayramov: Saleh Rüstəmli israrlıdır və aclığı davam etdirmək niyyətindədir


Saleh Rüstəmov
Saleh Rüstəmov

Dekabrın 3-də vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq aksiyası edən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli ilə görüşüb.

Vəkilin Amerikanın Səsinə verdiyi məlumata görə, Saleh 28-ci gündür aclıq aksiyasını davam etdirir.

Onun sözlərinə görə, Saleh Rüstəmlinin vəziyyəti pisləşməkdə davam edir və o, 17 kiloqram çəki itirib.

Vəkil qeyd edib ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimləri Rüstəmlini müayinə ediblər.

"Həm müalicə müəssisəsinin həkimləri, həm də Qızıl Xaç həkimləri deyiblər ki, aclıq elə mərhələdədir ki, istənilən an insan ölə bilər. Bununla belə, Saleh Rüstəmli israrlıdır və aclığı davam etdirmək niyyətindədir", - vəkil bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb. Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG