Bərabərlik üçün rənglə
“Bərabərlik üçün rənglə” layihəsinin əsas məqsədi uşaq vaxtından yaranan gender stereotipləri ilə mübarizə aparmaqdır. Edilən araşdırmalar bu stereotiplərin 6 yaşa kimi formalaşdığını bildirdiyindən mövzu ilə bağlı uşaqlarla erkən yaşlardan çalışmağın əhəmiyyəti vurğulanır. Uşaqlar üçün hazırlanan boyama kitabı bunun qarşısını almaq məqsədi ilə hazırlanıb. Uşaqlara bərabərlik aşılayan təsvirlər sayəsində daha xoşbəxt cəmiyyətin qurula biləcəyi göstərilməyə çalışılıb. Gender aktivisti Səadət Abdullazadə Bərabərlik üçün rənglə layihəsindən və ideyanın necə yaranmasından Amerikanın Səsinə danışıb. Səadət Abdullazə deyir ki, kitab mağazalarında da satılan boyama kitablarında bu ayrımı görmək mümkündür. Oğlanlar üçün olan kitablarda maşın, qızlar üçün nəzərdə tutulmuş kitablarda isə gəlincik şəkillərinə rast gəlmək olur. Hətta kitabların üzərində də oğlanlar və ya qızlar üçün boyama kitabı ifadələrini də görmək mümkündür.
Episodes
-
Fevral 27, 2021
Dünyaya Baxış - 26 fevral 2021
-
Fevral 27, 2021
Amerika İcmalı - 26 Fevral 2021